Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Əli Kərimlinin müşavirinə 10 illik həbs cəzası

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP sədri Əli Kərimlinin müşaviri Qabil Məmmədrzayev və digər 4 nəfərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Prosesdə təqsirləndirilən Hüseyn Qurbanov son söz deyib. O, hadisəni törətdiklərini etiraf edib. Bundan sonra hakimlər müşavirəyə yollanıblar. Müşavirədən sonra hakim hökmü elan edib. Hökmə əsasən, zərərçəkmiş şəxsin mənzilindən 200 min ABŞ dolları oğurlanması barədə qeyd təsdiqini tapmadığı üçün ittihamdan xaric edilib. Eyni zamanda evdən götürülən 5654 manat pulun və bir videokameranın zərərçəkmiş şəxsə qaytarılması barədə qərar qəbul olunub. Hökmə əsasən, Mirzə Ağayev, Qabil Məmmədrzayev, Racu Mehrəliyev və Elnur Mirzəliyev 10 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxs Hüseyn Qurbanovun isə əvvəldən çəkilməmiş qalan cəzası ilə yeni cəza toplanmaq yolu ilə barəsində 10 il 10 ay 8 gün müddətinə azadlıqdan məhrum edilmə cəzası təyin olunub. 

Xatırladaq ki, dövlət ittihamçısı Hüseyn Qurbanovun 13 il 6 ay, Elnur Mirzəliyev, Qabil Məmmədrzayev, Mirzə Ağayevin 13 il, Racu Mehrəliyevin isə 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.


İttihama görə, 2009-cu il noyabrın 23-də Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsi 36, mənzil 52 ünvanına basqın olub. Basqın edən şəxslər - Elnur Mirzəliyev, Hüseyn Qurbanov və Racu Mehrəliyev evdə olan azyaşlılar Əmir Kərimlini və onun sinif yoldaşı Qədir Azadlını tapança ilə hədələyib, əl-qolunu bağlayaraq mənzildə axtarış aparıblar. Onlar evdən 200 min ABŞ dolları və qızıl-zinət əşyaları aparıblar.


Aparılan araşdırmalar nəticəsində məlum olub ki, sözügedən mənzildə külli miqdarda pulun olması barədə məlumatı oğrulara mənzil sahibinin sürücüsü işləyən Mirzə Ağayev verib. Mirzə Ağayev isə bu məlumatı dostu Qabil Məmmədrzayevə ötürüb.


Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın), 181.2.3-cü (quldurluq, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 177-ci (oğurluq) maddəsi ilə ittiham olunurlar.






14 Fevral, 2011  20:25 Baxılıb: 1042 Çap

Bu bölmədə

5 Sentyabr, 2020
Bakıda ev yandı

XƏBƏR LENTİ
18 Sentyabr, 2020  11:09

18 Sentyabr, 2020  09:52



17 Sentyabr, 2020  10:18

16 Sentyabr, 2020  09:30






10 Sentyabr, 2020  10:09




9 Sentyabr, 2020  14:11






9 Sentyabr, 2020  09:31





5 Sentyabr, 2020  10:17


4 Sentyabr, 2020  13:34




3 Sentyabr, 2020  11:48

1 Sentyabr, 2020  13:52



1 Sentyabr, 2020  09:18






31 Avqust, 2020  09:11



29 Avqust, 2020  11:20



26 Avqust, 2020  09:12

25 Avqust, 2020  13:38

sagbanner