Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Milli Məclisin bitərəf üzvləri MSK üzvlüyünə namizədlərini razılaşdırıblar

Milli Məclisdə heç bir siyasi partiyaya mənsub olmayan deputatların iclası keçirilib. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevin də qatıldığı iclasın gündəliyinə heç bir siyasi partiyaya mənsub olmayan (bitərəf) deputatların Mərkəzi Seçki Komissiyasındakı (MSK) nümayəndələrinin razılaşdırılması məsələsi daxil edilib.

Bitərəf deputatların nümayəndəsi, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov bildirib ki, MSK ötən ilin noyabr ayında keçirilmiş parlament seçkilərini də yüksək səviyyədə təşkil edib. O qeyd edib ki, iclasın məqsədi heç bir siyasi partiyaya mənsub olmayan deputatların MSK-ya namizədlərini təqdim və təsdiq etməkdir. Bunlardan – Məmmədov Natiq Seyfulla oğlunun namizədliyi hakim Yeni Azərbaycan Partiyasının, Muxtarova Arifə Ağaverdi qızının namizədliyi isə Milli Məclisdə azlıq təşkil edən partiyaların nümayəndələri ilə razılaşdırılmalıdır. Digər namizədlər Həsənov Tofiq Eldar oğlu, Məmmədov İlham Sabir oğlu, Nadirov Nizami Hüseyn oğlu, Tağıyev Azər Cabir oğlu və əvəzedici qismində namizəd Adilov Nadir Adil oğludur.

Deputatlar çıxış edərək MSK üzvlüyünə namizədlər barədə fikirlərini bildiriblər. İclasın sonunda adları sadalanan şəxslərin namizədliyinə razılıq verilib və məsələ Milli Məclisin iclasında müzakirəyə tövsiyə edilib.






14 Fevral, 2011  19:56 Baxılıb: 1622 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27





sagbanner