Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

«O, intihar etsin?..»

Cəbhəçi gənclər «Əli Kərimliyə pasport verin!» aksiyasına başlayır

AXCP gəncləri partiyanın sədri Əli Kərimlinin ümumvətəndaşlıq pasportu ilə təmin edilməsi üçün kampaniyaya başlayırlar. Onlar şəxsiyyət vəsiqələrindən imtina, aidiyyəti qurumların binaları qarşısında aksiyaların keçirilməsi və s. addımları planlaşdırırlar. 

Bununla bağlı dünən Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun ofisndə mətbuat konfransı keçirən AXCP mətbuat xidmətinin rəhbəri Natiq Güləhmədoğlu və gənclər təşkilatının üzvləri bildiriblər ki, onlar Ə.Kərimliyə xarici pasport verilənə qədər mübarizə aparacaqlar.

«Şəxsi problemi olduğundan Əli Kərimli heç vaxt bu məsələni ictimailəşdirmək istəməyib. Qərara gəldik ki, biz məsələni ictimailəşdirək. Çünki bu, bir nəfərin problemi deyil. Hər birimizin başına gətirilə biləcək işdir» deyən, N.Güləhmədoğlu «bir partiya sədri adi vəsiqə problemini həll edə bilmirsə, milli problemləri necə həll edəcək» yanaşmasına da münasibət bildirdi: «Mən başa düşə bilmirəm, belə vəziyyətdə adam neyləməlidir ki? Silah götürüb vuruşmalıdır, yoxsa intihar etməlidir?».

Qeyd edək ki, Əli Kərimli 2001-ci ilin iyununda aldığı ümumvətəndaş pasportunun etibarlılıq müddəti bitdiyi üçün 2006-cı ilin iyununda yeni pasport almaq məqsədilə DİN-in Pasport və Vətəndaşların Qeydiyyat İdarəsinə lazımi sənədlərlə müraciət göndərsə də, sözügedən qurum ona yeni pasport verməkdən imtina edib. Nazirlik bu imtinanı Ə.Kərimli barəsində 1994-cü ildə açılmış cinayət işinin ləğv olunmaması ilə əsaslandırıb. Bundan sonra AXCP sədri məsələ ilə bağlı Nəsimi Rayon Prokurorluğuna müraciət edib, amma müraciəti cavabsız qalıb. O, sorğusuna cavab almadığı üçün Nəsimi Rayon Məhkəməsinə şikayət edib. Bu məhkəmə instansiyası AXCP sədrinin şikayətini onun xeyrinə həll etməyib. Bundan sonra Ə.Kərimli Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərardan Apellyasiya Məhkəməsinə şikayət edib. Burada da onun şikayəti təmin olunmayıb.
Bütün instansiyaları keçən AXCP sədrinin işi hazırda Avropa İnsan Haqları Məhkəməsinin icraatındadır.

RAMİL






14 Fevral, 2011  17:44 Baxılıb: 1692 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner