Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Maraqlı

Belə şey görmədiniz: “Facebook əməkdaşları üçün ev tikəcək”

Simsar.az xəbər verir ki, dünyanın nəhəng “Facebook” sosial şəbəkəsi əməkdaşları üçün ev tikəcək. Yeni yaşayış kompleksi Kaliforniya ştatının Menlo-Park şəhərindəki şirkətin mənzil-qərargahının yaxınlığında inşa ediləcək. Bu barədə “The Wall Street Journal” nəşri məlumat verib.

“Facebook” yerli layihəyə əsasən 394 mənzildən ibarət yaşayış kompleksini bir tikinti şirkəti ilə birgə tikəcək. Sahəsi 58,5 min kvadratmetrə yaxın olan “Anton Menlo” kompleksinin özəlliklərindən biri evlərdə port-bar və ev heyvanlarına qayğı göstərilməsi üçün yerin nəzərdə tutulmasıdır. Layihənin dəyəri 120 milyon dollar qiymətləndirilir.

Şəbəkə nümayəndələrinin sözlərinə görə, yaşayış kompleksinin inşası əməkdaşların işi tərk etməməsi üçün başlıca səbəb deyil. “Əlbəttə, biz şirkətin mənzil-qərargahının yaxınlığında yeni yaşayış variantlarının yaradılmasına şadıq, lakin hesab edirik ki, insanlar “Facebook”da bizim missiyamıza inandıqları üçün çalışır”, - sosial şəbəkə nümayəndəsi bildirib. Kompleksdə şirkətin Menlo-Park şəhərindəki mənzil-qərargahında çalışan əməkdaşların təxminən 10 faizi məskunlaşa biləcək.

Qeyd edək ki, “Facebook” əməkdaşların əməkhaqqı ilə yanaşı, mükafatlandırılması məsələsinə də tam ciddi və yaradıcılıqla yanaşan ABŞ-ın texnoloji şirkətlərindən biridir.

Aynur Bayramova








5 Oktyabr, 2013  12:03 Baxılıb: 1371 Çap

Bu bölmədə

17 Yanvar, 2020
Doşabın faydaları

XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner