Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Göygöldə dəhşətli qətlin üstü açılıb

5 gənc 54 yaşlı qadını zorladıqdan sonra döyərək öldürüb

2010-cu ilin noyabrın 19-dan 20-nə keçən gecə Göygöl rayonunda törədilmiş qətlin üstü açılıb. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Topalhəsənli kəndində 1956-cı ildə anadan olmuş Namazova Güləbət Əfəndi qızının müəmmalı qətli ilə bağlı 4 nəfər artıq həbs olunub.


Belə ki, həmin gün axşam kənddə yaşayan 1992-ci il təvəllüdlü Əmiraslanov Cavid Fuad oğlunun hərbi xidmətə yolu salınmağı münasibəti ilə ziyafət təşkil olunub. Məclisdə iştirak edən G.Namazova saat 20.00 radələrində sərxoş vəziyyətdə Əmiraslanovların həyətindən çıxaraq öz evinə doğru gedib.


Bir qədər keçdikdən sonra həmin ziyafətdə iştirak etmiş 5 nəfər - Topalhəsənli kənd sakinləri 24 yaşlı Kamil Yusibov, 32 yaşlı Vüqar Cəfərov, 18 yaşlı Borah Musayev, 28 yaşlı Elgün Məhərrəmovu və səbəbkar 18 yaşlı Cavid 55 yaşlı qadına yaxınlaşıblar və onu zor gücü ilə kəndin kənarındakı sahibsiz evə gətirib. Burada onlar sərxoş qadını zorladıqdan sonra onu döyə-döyə öldürüblər və aradan çıxıblar.


Qeyd edək ki, qətlə yetirilən qadın Topalhəsənli kənd bələdiyyəsinin mühasibi olub.

Artıq hadisədə adı hallanan 4 nəfər tutularaq istintaqa təhvil verilib. Dindirilmə zamanı onlar törətdikləri əməli etiraf ediblər. C.Əmiraslanov isə hərbi xidmətdə olduğundan hələlik istintaqa cəlb olunmayıb.


Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslər barəsində Göygöl rayon Məhkəməsi tərəfindən həbs-qəti imkan tədbiri seçilib.


İstintaq davam etdirilir.






14 Fevral, 2011  16:55 Baxılıb: 1628 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner