Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

Bu gün Azərbaycanda “Mədəniyyət” kanalı fəaliyyətə başlayır

Kanalın təntənəli açılışı Bakı vaxtı ilə 20.30-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq

Bu gün Azərbaycanda yeni “Mədəniyyət” kanalı açılır. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) mətbuat xidmətinin rəhbəri Xatirə Qasım APA-ya bildirib ki, “Mədəniyyət” kanalının açılışı saat 20.30-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq. Kanalın təntənəli açılışından dərhal sonra 3-cü Muğam müsabiqəsinə start veriləcək. Sabahdan isə “Mədəniyyət” kanalı gündüz saat 12.00-dan gecə 02.00-a qədər fəaliyyət göstərəcək. 
Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) qərarı ilə Azərbaycanda ixtisaslaşdırılmış televiziya kanalının (“Mədəniyyət” televiziya kanalının) açılması üçün Bakı və Abşeron ərazisində televiziya üzrə 44-cü tezlik resursuna müsabiqə ötən il avqustun 4-dən sentyabrın 4-dək elan edilib. Lakin müsabiqədə iddiaçıların sayı 3-dən az olduğuna görə Şuranın qərarına əsasən müsabiqə baş tutmamış hesab edilib. MTRŞ-nın sentyabrın 6-da verdiyi qərara əsasən, "Televiziya və radio yayımı haqqında" qanunun 15-ci maddəsinin tələblərinə uyğun olaraq “Mədəniyyət” televiziya kanalının açılması üçün sentyabrın 7-dən oktyabrın 7-dək müsabiqə elan edilib. Müsabiqədə yalnız bir iddiaçı – Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti iştirak edib. Şura "Televiziya və radio yayımı haqqında" qanunun 15.5-ci və "Teleradio yayımı sahəsində xüsusi razılıq (lisenziya) üçün keçirilən müsabiqənin Qaydaları"nın 2.1.10-cu bəndinin tələblərini rəhbər tutaraq AzTV-ni müsabiqənin qalibi elan edib.






14 Fevral, 2011  15:41 Baxılıb: 952 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



20 Sentyabr, 2019  16:43

20 Sentyabr, 2019  15:54


20 Sentyabr, 2019  13:59


20 Sentyabr, 2019  13:10

20 Sentyabr, 2019  12:58






20 Sentyabr, 2019  11:05

20 Sentyabr, 2019  10:43


20 Sentyabr, 2019  09:26






19 Sentyabr, 2019  16:14

19 Sentyabr, 2019  15:44



19 Sentyabr, 2019  13:54


19 Sentyabr, 2019  12:40

19 Sentyabr, 2019  12:30




16 Sentyabr, 2019  16:16

16 Sentyabr, 2019  16:07


16 Sentyabr, 2019  15:40

16 Sentyabr, 2019  13:48



16 Sentyabr, 2019  10:34

16 Sentyabr, 2019  09:43

16 Sentyabr, 2019  09:39

16 Sentyabr, 2019  09:32


14 Sentyabr, 2019  13:39

14 Sentyabr, 2019  13:27


sagbanner