Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

12 il sürgün yaşamış dahi mütəfəkkir – Nəsrəddin Tusi

“Öz ətrafıma nə qədər baxıramsa da, fəlakəti üzük formasında görürəm və mən isə o üzüyün ortasında yerləşən qiymətli cövhərəm. Mənim həyatımda elə bir vaxt olmayıb ki, o, taleyin dəhşətlərinə, ümidsizliyinə və kədərinə məruz qalmasın. Mənim əbədi zövqümün hakimi qayğı, onun əsgəri isə həyəcan olub. Ey Allah! Məni bədbəxtlik qoşununun tapdağından və əzab-əziyyət yuvasından xilas et”

Azərbaycanın XIII əsrdə yaşayıb yaratmış böyük mütəfəkkiri Nəsrəddin Tusinin bütün ömrü təbiəti, cəmiyyəti və insanı dərk etməyə həsr olunub. Onun əsərlərində səma mexanikasının əsasları qoyulub. Danimarka alimi Tixo Brage (1546-1601) Tusinin hesablamalarını təkrarlayaraq 700-dən artıq ulduzun kataloqunu tərtib edib. Braqenin əsərlərinə əsaslanan alman alimi İohann Kepler səma mexanikasını yaradıb. Onların əsərlərini əsas götürən İsaak Nyuton mexanikanın fundamental qanunlarını ərsəyə gətirib. Tusinin riyaziyyata həsr olunmuş əsərləri dəfələrlə İtaliyada, İngiltərədə, Fransada nəşr olunub. Nəsrəddin Tusi müsəlman intibahının ən böyük şəxsiyyətlərindən biri, dünyanın ilk rəsədxanalarından olan Marağa rəsədxanasının əsasını qoymuş böyük alimdir. O, öz yaradıcılığında Yaxın və Orta Şərqin hər üç intibah zonasını - ərəbdilli, farsdilli və türkdilli intibah zonalarını birləşdirə bilib.


Xacə Məhəmməd Nəsrəddin Tusi 1201-ci il fevral ayının 17-də (597 hicri) Tus şəhərində tərbiyəçi ailəsində anadan olub. Mütəfəkkirin əsl adı Məhəmməd, atasının da adı Məhəmməd, babasının adı isə Həsəndir. Dövrünün ağıllı, bilikli, görkəmli alimi olduğuna görə xalq ona Nəsrəddin adını verib. Tusi ləqəbini isə Tus şəhərində anadan olduğuna görə qəbul edib. Mənşə etibarı ilə onun əsli Azərbaycanın ən qədim şəhərlərindən biri hesab edilən Həmədan şəhərindəndir. Nəsrəddin Tusi ilk təhsilini atası Məhəmməd ibn Həsəndən alıb. O, gənclik illərində biliyini artırmaq məqsədilə Yaxın və Orta Şərqin bir sıra böyük şəhərlərinə səfər edib. Mütəfəkkir özünün “Seyr və sülük” əsərinin müqəddiməsində uşaqlıq dövrünü təsvir edərək yazırdı: “Mən hələ uşaq ikən atam məni öz dostu riyaziyyatçı Kəmaləddin Məhəmmədin yanına dərs oxumağa qoydu. Çox keçmədi ki, müəllimim səfərə çıxdı. Mən də atamın vəsiyyətini nəzərə alaraq, bir sıra şəhərlərə səfər etdim. Hansı fənnə aid müəllim tapdımsa, ondan dərs aldım. Ancaq onu da deyim ki, kəlam və fəlsəfə elmlərinə xüsusi maraq göstərirdim”.


Şərqin bir sıra şəhərlərini gəzib-dolaşan Tusi Nişapur şəhərində dövrün bir sıra görkəmli alimləri ilə, o cümlədən Fəridəddin Damadla və Qütbəddin Misri ilə tanış olub onlardan dərs alır. 1235-ci ildə Nəsrəddin Tusi sonralar ona dünya şöhrəti gətirən bir sıra dillərə tərcümə olunan məşhur “Əxlaqi-Nasiri” əsərini tamamlayır. Ancaq kitab hökmdarın xoşuna gəlmir və Tusi həbs olunaraq “Ələmut” qalasına aparılır. O, burada sürgün həyatı keçirir. Qəsrdən çıxmaq hüququ əlindən alınan Tusi ismaililərin yanında keçirdiyi 12 ildən bir qədər artıq müddətdə bir neçə elmi əsər yazıb. Bu müddətdə mütəfəkkir çox əzab-əziyyət çəkir. 1242-ci ildə tamamladığı məşhur “Şərhül-İşarət” əsərində bu əzabları qələmə alaraq yazır: “Mən bunların çoxunu ən ağır bir şəraitdə yazmışam. Daha doğrusu, mən bunları elə bir dövrdə yazıb tərtib etmişəm ki, bunların hər bir hissəsi mənə böyük əzab-əziyyət və məşəqqətlər bahasına başa gəlib. Həmin yerdə isə həmişə cəhənnəm odu alovlanmış və yuxarıdan qaynar su tökülüb. Elə bir vaxt olmayıb ki, mənim gözlərim yaşla, ürəyim kədərlə dolmasın və elə bir saat olmayıb ki, mənim məşəqqətlərim artmasın və elə bir dəqiqə olmayıb ki, mənə yeni həyəcan gətirməsin”. Bəli, fars şairlərindən biri düz deyib: “Öz ətrafıma nə qədər baxıramsa da, fəlakəti üzük formasında görürəm və mən isə o üzüyün ortasında yerləşən qiymətli cövhərəm. Mənim həyatımda elə bir vaxt olmayıb ki, o, taleyin dəhşətlərinə, ümidsizliyinə və kədərinə məruz qalmasın. Mənim əbədi zövqümün hakimi qayğı, onun əsgəri isə həyəcan olub. Ey Allah! Məni bədbəxtlik qoşununun tapdağından və əzab-əziyyət yuvasından xilas et”.


1253-cü ildə Çingiz xanın nəvəsi Hülakü xanın Yaxın Şərqə yürüşü başlayır. Onun qoşunları fətholunmaz sayılan Ələmut qalasını da tutur, Nəsrəddin və digər alim məhbusları azad edirlər. Nəsrəddin Hülakü xanın şəxsi məsləhətçisi təyin olunur. Rəsədxana yaradılması külli məbləğdə pul qoyuluşu tələb edirdi. Dünya elmi tarixində ilk dəfə bu əsərdə triqonometriyaya müstəqil elm sahəsi kimi yanaşılır. Nəsrəddinin bir çox əsərləri bu günə qədər araşdırılır. Nəsrəddin Tusi yazıb: “Yaxşı iş görməkdə əziyyət çəksən. Əziyyət keçər yaxşılıq qalar, pis iş görüb ləzzət çəksən, ləzzət gedər pislik qalar”.

Turanə İbrahimi






4 Oktyabr, 2013  10:40 Baxılıb: 2372 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner