Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

Reportaj

Həccə gedirəm ziyarətə – REPORTAJ – FOTOSESSİYA

Bu gün zəvvarların ilk qrupu yola düşdü

Müsəlmanların ən müqəddəs bayramlarından olan Qurban yaxınlaşır. Müqəddəs bayram ərəfəsində bəziləri bir il, bəziləri isə ömürboyu qəlblərində gəzdirdiyi arzuya qovuşmaq üçün yol hazırlıqlarına başlayır. Üzlərində həsrət, gözlərində intizar Həcc ziyarəti yolçuları yavaş-yavaş Heydər Əliyev adına Beynəlxalq Hava Limanına toplaşır. Ziyarətə gedənləri yaxınları, qohum-qardaşları dövrəyə alır. 
Bu ayrılıq başqalarından fərqlənir. Bu ayrılıq xoşbəxtliyə aparan ayrılıqdır. Bu müvəqqəti ayrılıq arzuları, niyyətləri reallaşdıran ayrılıqdır. Bu ayrılıqdakı göz yaşları da sanki sevincə bürünüb. Ana övladdan, qardaş bacıdan ayrılır, amma sevinclə, təbəssümlə…
İlk dəfə ziarətə gedən zəvvarların nə qədər həyəcanlı olduğunu görmək, çətin deyil. İndi onlar, “görəsən, səfərimiz necə olacaq?” - düşüncəsindədirlər.
Qəhrəmanlarımız ziyarətdən qayıtdıqdan sonra bizə çox şey danışacaqlar.
Həcc ziyarətində olanlar isə artıq bu müqəddəs səfər haqqında müəyyən təssüratlara malikdirlər.
3-cü dəfə ziyarətə gedən Ramin İsmayılov deyir ki, Allah-Taalanın buyurduğu vacib əməllərdən biri də Həcc ziyarətidir. Hər bir müsəlman çalışmalıdır ki, heç olmasa ömründə bir dəfə bu müqəddəs məkanı ziyarət etsin. Ancaq bir dəfə getdikdən sonra adam yenə də getmək istəyir. Baxmayaraq ki, 3-cü dəfədir müqəddəs məkanı ziyarət edəcəm, birinci səfərimdəki kimi həyəcanlıyam. Bu dəfə həyat yoldaşımla birgə gedirik. Onun ilk ziyarəti olduğu üçün çox həyəcanlıdır. Allah arzusunda olanlara qismət eləsin”.
Orda hansı arzuları edəcəksiz? – sualımıza R.İsmayılov özünəməxsus şəkildə cavab verdi: İlk olaraq ölkəmiz üçün, işğal olunmuş torpaqlarımızın azad olunmasını Allahdan istəyəcəm. Azərbaycanın daha çox inkişaf etməsi, sabitliyin qorunması, dövlətimizin daha da möhkəmlənməsi üçün ölkəsini sevən hər bir vətəndaş kimi mən də dualar edəcəm.
R.İsmayılovun həyat yoldaşı deyib: “Allaha şükür ki, qismət edib, ziyarətə gedirəm. Çox həyəcanlıyam. Bir az uşaqlardan nigaran qalacam. İnanıram ki, hər şey yaxşı olacaq. Allah cəmi gedənlərin ziyarətini qəbul eləsin”.
Daha bir zəvvar Musatafa Əhmədov da ziyarətə ilk gedənlərdən deyil. 4 dəfə Həcc ziyarətində olan Hacı Musatafa 5-ci dəfə də müqəddəs məkanı ziarət etmək üçün bu gün yola düşənlər arasındadır. O, Simsar.az-a bunları deyib: “bu dəfə həyat yoldaşım da mənimlə birgə ziyarətə gedir. Ancaq yoldaşım birinci dəfədir müqəddəs torpağı ziyarət edəcək. Həmin yerləri görəndən sonra, burda dayanmaq mümkün deyil. O hissləri hər il yenidən yaşamaq istəyirsən”.
Ağ geyimi ilə diqqətimizi çəkən digər zəvvar Səkinə Quliyevadır. Bizimlə söhbətində bildirdi ki, ilk dəfə ziyarətə getdiyi üçün çox həyəcanlıdır. “Allah arzusunda olan hər kəsə belə bir ziyarət qismət eləsin. Orada ölkəmizin əmin-amanlığı, Qarabağımızın işğaldan azad olunması üçün dua edəcəyəm”.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) adını açıqlamayan əməkdaşı bizimlə söhbətində bildirdi ki, zəvvarlar Bakıdan Ciddəyə uçacaqlar. Bu şəhərdə müəyyən qədər qaldıqdan sonra ziyarətə başlayacaqlar. Ordakı otellər və yemək haqqında məlumat verən QMİ əməkdaşı, təbii ki, 3,250 manat ödəyənlə, 4100 manat ödəyənin qaldığı yerlə yeməyinin eyni olamayacağını deyib. Lakin bu il otellər əvvəlki illərdən fərqli olaraq, çarpayı ilə təmin olunub.
QMİ-nin əməkdaşı zəvvarlardan şikayətlənməyindən də qalmayıb. O deyib ki, Həcc ziyarəti ağır yoldur. Bu yola çıxanlar aclığa, susuzluğa, müxtəlif məhrumiyyətlərə dözməyi bacarmalıdırlar. Əgər oteldə su kəsilibsə bunu faciəyə çevirmək olmaz. QMİ-ni hər məsələyə görə ittiham etmək düzgün deyil.
Onu da deyək ki, bu gün Həcc ziyarətinə gedənlərin ilk qrupu yola çıxır. Aeroprtda sıxlıq yox idi. Buna baxmayaraq, rəhbərlik zəvvarların yola salınmasında yeni qaydalar tətbiq edib. Ziyarətə gedənlərin yaxınları binaya daxil ola bilməzlər. Jurnalistlərə də yalnız xüsusi icazədən sonra binaya girməyə icazə verilir. QMİ-yə müraciə etmək əslində o qədər də çətin məsələ deyil, sadəcə qorxuram ki, müraciətin cavabı gəlincə, zəvvarlar ziyarətdən dönərlər.
Sonda arzusunda olan hər kəsə Həcc ziyarəti arzu edirik!

Müəyyən səbəblərə görə şəkillər keyfiyyətli alınmayıb.

Elmar

 

 

 






3 Oktyabr, 2013  09:32 Baxılıb: 2298 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55