Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

9 illik buraxılışla texnikum imtahanlarının birləşdirilməsinə - MÜNASİBƏT

.

“Bu sistem xarici ölkələrədə çoxdan tətbiq olunur. İcra prosesində də özünü təsdiqləyib. Bu gün Avropanın təhsili hər kəsə məlumdur. Ancaq Azərbaycanda bu prosesin həm icra məsələsi həm də həyata keçirilməsi də problem olaraq qalır. Çünki neçə illərdi ki, bu məsələ müzakirə olunur. Nəhayət ki, tətbiq etməyi qərarlaşdırdılar. TQDK bunu necə həyata keçirəcəyini izah etməlidir. Əvvəl uşaqlar bal toplayırdılar və buna uyğun olaraq da texnikumlara keçirdilər. Amma indi fərqli olacaq. Bu fərqlilik nəcə həyata keçiriləcək. Burada ballar olmayacaqsa, uşaqlar fakultələri və texnikumları necə seçəcək?! Bu yeniliyin mexanizmi açıqlanmalıdır. Azərbaycanda bu nə dərəcə də özünü doğruldacaq hələdə ki, məlum deyil”. Simsar.az xəbər verir ki, bunu təhsil eksperti Məhərrəm Zülfüqarlı bilidirib. Ekspert həmçinin bunları da əlavə edib ki, müsabiqədə iştirak edən tələbələrin taleyi üniverstetlərin əlinə buraxılmamalıdır. Çünki Azərbaycanda bu sitem heç vaxt həyata keçirilməyib. Nəticəsinin isə necə olacağı bilinmir”.  

Deputat Musa Quliyev isə bildirir ki, ümumiyyətlə TQDK ləğv olunmalıdır. Təhsil Nazirliyində birləşdirilməlidir. Xaricdə təhsil niyə bu qədər yüksəkdir? Çünki universtetlər öz tələbələrini seçir. Ancaq bizdə qəbul çox çətindir. Bu da ki, təhsilə öz təsirini göstərir. Bunun birləşdirilməsi isə məncə müsbət hal olacaq. İstər-istəməz məktəbdə repititorluq fəaliyyətini zəiflədəcək. Repititorluğun bu qədər genişlənməsinə səbəb isə TQDK-dır. Əgər TQDK ləğv olunsa repititorluq fəaliyyətini sıxışdırmış olarıq. Müəllimlərin maaşı nə qədər yüksək olsa da bu prosesi dayandırmaq olmayacaq.

Qeyd edək ki, bu gün TQDK tərəfindən bildirildi ki, 9 illik təhsil bazası üzrə buraxılış imtahanlarının nəticələri ilə eyni zamanda orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) yerləşdirilmə aparılacaq. Bu imtahan 9-cu sinfi bitirən şagirdlərə şəhadətnamələrin verilməsi üçün əsas olmaqla yanaşı, həmin şagirdlər arasından kolleclərə qəbul olmaq istəyənlər üçün qəbul imtahanı rolu oynayacaq. Beləliklə, 2014-cü ildə 9 illik təhsil bazası üzrə kolleclərə həmin ilin məzunları üçün ayrıca qəbul imtahanı keçirilməyəcək.

TQDK tərəfindən həyata keçirilən dəyişikliklər yalnız texniki xarakterlidir və qəbul imtahanının məzmununa aid deyil. Belə ki, gələn il həyata keçiriləcək qəbul kampaniyası zamanı əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının aprel ayında aparılması nəzərdə tutulur.

Aynur Bayramova







2 Oktyabr, 2013  15:38 Baxılıb: 19774 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner