Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakıda qarışqalar niyə artıb?

Həşəratların çoxalması və evlərə darışması hansı fəsadlar verə bilər?

Milli.Az xəbər portalı bildirir ki, Bakıda qarışqaların sayı sürətlə artır və bu, həmin həşəratların əməllicə rahatsızlıq yaratmalarından şikayətlənən sakinlərin çoxalmasına səbəb olub.
Sakinlər indiyədək bu sayda qarışqa görmədiklərini deyirlər.
Bakının Nərimanov rayonunda yaşayan Qüdrət Məlikov adlı oxucumuz Milli.Az-a ünvanladığı məktubda bildirir ki, qışın bu vaxtında mənzilinə çoxlu qarışqalar daraşıb.

"Özü də onların sayı sanki fasiləsiz artır. Tək bizim mənzildə yox, binamızdakı mənzillərin bir çoxunda eyni vəziyyətdir. Əhməd Rəcəbli küçəsindəki bir çox yaşayış binasında da qarışqalar sanki "koloniyalar" salıblar", - Q.Məlikov yazıb.

Gerçəkdən də, şəhərin ən müxtəlif yerlərindəki yeni inşa edilmiş binalarla yanaşı, çoxdan tikilmiş evlərdə qarışqa dəstələrinin fasiləsiz hərəkəti müşahidə olunur.
Mütəxəssislərin dediklərinə görə, qarışqaların populyasiyasının artımı ilin əvvəlindən bəri dünyanın bir sıra ölkələrində yaşanır.

Qarışqaların çoxaldığı məkan yalnız Bakı deyil

Sumqayıt, Gəncə və Əli-Bayramlı şəhərlərindəki evlərlə mənzillərdə də qarışqaların say artımı qeydə alınıb.
Eyni zamanda, belə problem yalnız Azərbaycanda yaşanmır.
Avropa Birliyinin Ətraf Mühitin Mühafizəsi Komissiyasının ekspertlərinin fikrincə, qarışqalarının sayının ifrat dərəcədə çoxalması 1916-cı ildən bəri ilk dəfə müşahidə olanan prosesdir. Qərbi Avropa ölkələri arasında Böyük Britaniya, Fransa, İspaniya və Portuqaliyada qarışqaların sayı daha çox artıb.

Brüssel Mirmekologiya İnstitutunun əməkdaşlarının hazırladıqları hesabatda isə bildirilir ki, 2010-cu ilin yayından bəri "qarışqa inqilabı" dönəmidir.
"Avropanın istisnasız olaraq bütün ölkələrində qarışqaların sayı dəfələrlə artıb. Bəzi dövlətlərin ərazilərində isə qarışqa koloniyalarının sayında 12-15 dəfəlik artım var. Aparılan tədqiqatların nəticələrinə əsaslanaraq deyə bilərik ki, 1919-cu ildən bəri Avropada belə qarışqa artımı olmamışdı. Qitənin bütün ölkələrindəki vəziyyətə və qarışqa koloniyalarının sayına nəzər salanda isə son 89 il ərzində indiki vəziyyətin olmadığını deyə bilərik", - hesabatda deyilir.
Avropalı mirmekoloqların fikrincə, qarışqaların belə artımı qlobal iqlim dəyişiklikləri, şəhərlərin böyüməsi və urbanizasiya, habelə insanların yaşam şərtlərinin fərqli səciyyə daşımağa başlamasındadır.

"Qarışqa inqilabı"nın səbəbləri nədir?

Azərbaycanda mütəxəssis-mirmekoloqlar olmadığından, MDB üzrə araşdırma və statistikaya müraciət etmək məcburiyyətindəyik.
Həmin araşdırmalara görə, ötən ilin ortalarından bəri Cənubi Qafqaz ölkələrində qarışqaların çeşid və növlərinin sayına 4 yeni tip əlavə olunub.
Onların digər növlərdən fermentar və genetik fərqləri aşkar hiss olunur. Belə ki, Bakıdakı "yeni" qarışqaların koloniyaları daha böyük, hərəkətləri daha fəal, çalışma intensivlikləri daha çoxdur. Eyni zamanda, belə qarışqa triblərinin, yəni tipoloji ailələrinin "mənsub"larının sayları da ənənəvi qarışqa "nəsil"ləri ilə müqayisədə daha çoxdur.

Bakını "işğal" etmiş qarışqaların mandibulaları ("diş tutqacları") daha iri, morfoloji baxımdan kənar təsirlərə və dərman preparatlarının təsirinə daha dayanıqlıdırlar.
Səhiyyə Nazirliyinin Sanitariya-Epidemioloji Nəzarət İdarəsindən Milli.Az-a verilən məlumata görə, qarışqaların şəhərdəki say artımını ciddi, narahatlıq yarada biləcək problem hesab etmək olmaz. Mütəxəssislər hesab edirlər ki, müşahidə olunan hal müvəqqətidir.
Ekspertlər isə deyirlər ki, Bakıda yeni növ qarışqaların peyda olması Abşeron yarımadasında ekoloji tarazlığın illər əvvəl pozulması ilə əlaqədardır.

Həşərat artımı hansı problemlər yarada bilər?

Azərbaycan Müstəqil Ekoloji Forumunun eksperti Arzu Cavadovanın fikrincə, şəhərdəki "qarışqa basqını" Abşeronda aparılan genişmiqyaslı tikinti işləri və mənzil-kommunal təsərrüfatının müasir tələblərə cavab verməməsi ilə bağlıdır.

"Bakının meqapolisə çevrilməsi və Abşeron yarımadasında aparılan tikinti "azad sahə"ləri azaldır və o sahələrdəki canlılar, o cümlədən qarışqalar yaşayış arealını artıq şəhərdə görürlər. Qarışqaların sayının artımının əsas səbəbi budur və həmin problem digər dövlətlərdə də var. Qarışqaların ənənəvi mövcudluq şəraitinin dəyişməsi, Bakıda mənzil-kommunal təsərrüfatının hələ də normada olmaması, zibilxanaların böyüməsi və tullantıların vaxtında daşınmaması da təbii ki, qarışqalar üçün "əlavə yem" mənbələri yaradır. Belə durumda həşəratların şəhərdə artımı təbii, qaçılmaz prosesdir və nöqsanlar aradan qaldırılmazsa, davam edəcəkdir", - A. Cavadova söylədi.

Entomoloqlar isə deyirlər ki, Bakıda qarışqaların sayının belə artımı ətraf mühitlə bağlı problemlərin artıq fəsad həddinə çatdığını göstərir.
Şəhər sakinləri qarışqalardan əməllicə şikayətçidir.
Bu həşəratlar çox kiçik olsalar da, böyük problemlər yarada bilər.
Məsələn, qarışqalar elektrik naqillərinin birləşdiyi yerləri "sevirlər": onlar naqil qovuşuqlarından kommunikasiya və nəqliyyat yolları qismində istifadə edirlər.
Naqillərin qovuşuqlarında, birləşdikləri yerlərə isə qarışqaların daraşması ən yumşaq halda qısaqapanmaya səbəb olur.

Mütəxəssislərin "qarışqa inqilabı" dedikləri fəsadlı prosesin nə zaman başa çatacağı bəlli deyil.
Amma şəhərdəki qısaqapanmalar, ərzaq və qida məhsullarının korlanması faktlarının artımı bu fəsadın hələlik ilkin təzahürləridir.
Qarışqaların say artımının dayandırılması və ya onlarla mübarizə üçün kimyəvi vasitələrdən istifadə edilməsi effektiv yol deyil. Təcrübə göstərir ki, insanla "qonşu" olan digər həşəratlar və canlılar kimi, qarışqalar da onlara qarşı tətbiq edilən kimyəvi-zəhərli preparatlar və vasitələrdən ilkin dövrlrədə məhv olsalar da, sonradan həmin canlıların populyasiyasında həmin vasitələrə qarşı genetik səviyyədə müqavimət mexanizmləri yaranır.

Belə ki, indiyədək qarışqalarla mübarizədə effektiv vasitələr hesab edilən karbofos və xlorofos Bakıdaı mənzillərdə "köç" salmış qarışqalara artıq təsir etmir.
Eyni zamanda, qarışqalarda dietiltoluamid və dimetilftalat kimi preparatlara da genetik səviyyədə müqavimət güclənib.
Fenaksin və xlorpirofos da yerli qarışqaların artıq "alışdıqları" preparatlar arasındadır

Qarışqalarla necə mübarizə aparmalı?

Mütəxəssislərin dediklərinə görə, ev və ya mənzildəki qarışqalarla effektiv mübarizə üsulları arasında kimyəvi preparatlarla yanaşı, təbii vasitələr də var.
Məsələn, evdə qarışqaların hərəkət "marşrutları"na sirkə, sarımsaq, limon qarışığını qoymaq olar. Habelə, həmin qarışığa bor turşusu və qliserin də əlavə etmək olar.
Qarışqaların ən çox sevmədiyi nəsnələrdən biri də xarab olmuş, iylənmiş limondur. Evdə və ya mənzildə qarışqaların çox olduğu yerə belə limon qoymaqla, qarışqalar arasında "evakuasiya" elan olunacaq.






14 Fevral, 2011  12:45 Baxılıb: 3148 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner