Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Bakıda güclü partlayış

Vahiməli partlayış barədə rəsmi qurumlar məlumatsızdırlar

Dünən gecə saat 23-24 radələrində Bakının Nizami rayonunda güclü partlayış səsləri eşidilib. 4-5 dəfə təkrarlanan partlayış o qədər güclü olub ki, binaların həyətlərində saxlanılan avtomobillərə quraşdırılan həyəcan siqnalları işə düşüb. 

Parlayışdan sonra havada tüstü topaları görünüb.

Simsar.az-ın əməkdaşı Nizami rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra hakimiyyətindən bildiriblər ki, onlar partlayış barədə məlumatsızdırlar.

Nizami Rayon Polis İdarəsinin növbətçi hissəsinin əməkdaşları da partlayış səsləri eşitməyiblər.

Qeyd edək ki, dünən gecə təxminən həmin saatlarda Səbail rayonu, Zərifə Əliyeva 33 ünvanında yerləşən Rabitə və İnformasiya Texnalogiyaları Nazirliyinin binasında güclü yanğın baş verib. Hadisə nəticəsində 50 kvadrat metr sahə yanıb. Yanğın barədə rəsmi qurumlar çox qısa məlumat veriblər. Yanğın ərəfəsində partlayışın olub-olmaması barədə xəbər yoxdur.

RAMİL






12 Fevral, 2011  17:56 Baxılıb: 2064 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner