Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Sərhəddə külli miqdarda narkotik maddə və qaçaqmal

Dövlət Gömrük Komitəsi əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı xaricdən Azərbaycana narkotik maddələrin və qaçaqmalın keçirilməsinin qarşısı alınıb.

Bu barədə APA-ya DGK-dan məlumat verilib.

Astara Gömrük İdarəsində Astara şəhər sakini Rameş Cəfərovun idarə etdiyi “KAMAZ” markalı yük maşını ilə İrandan yük sənədlərinə əsasən gətirdiyi qum yükünə kinoloji xidmət itini tətbiq etməklə keçirilən baxış zamanı qoşqunun içərisindəki qum kisələrindən yastı kərpicvari formalı, üst tərəfdən polietilenə və qəzetə bükülü, üzərində “Saf İnstant” sözləri yazılmış, hər birində 24 ədəd bağlamada, xalis çəkisi 24 kq 900 qram olan həşiş qətranı aşkarlanıb. Həmçinin idarəyə daxil olmuş əməliyyat məlumatına əsasən, İrandan Azərbaycana piyada gələn Lənkəran şəhər sakini Qəhrəman Feyzullayevə məxsus əl yüklərində xalis çəkisi 28.780 qram, Lənkəran şəhərnin digər sakini Mürüvvət Eyvazovun ayaqqabısının içliyinin altından ayaqqabının daban hissəsinə xüsusi olaraq yerləşdirilmiş halda 2 bağlamada, ümumi xalis çəkisi 186.902 qram olan heroin aşkar olunaraq götürülüb.

Gömrükçülər tərəfindən “Şirvanovka” gömrük postunda isə Azərbaycan vətəndaşı Yaşar İbrahimovun ayaqlarının baldır nahiyəsində tənzifə bükülmüş və tənzifin üzərindən xüsusi yapışqanla bağlanmış 8 ədəd bükmədə, ümumi çəkisi 3 kq 980 qram spesifik iyə malik, tünd qəhvəyi rəngli həşiş qətranı aşkar olunaraq götürülüb.

Gömrükçülər tərəfindən Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşları Mirpaşa Aslanov və Xanlar Rəhmanovun baqajlarına baxış zamanı isə M. Aslanova məxsus çemodanın içərisindən bəyan etmədiyi 30 ədəd “Blackberry 9800” markalı, X. Rəhmanovun çantasının içərisindən isə bəyan etmədiyi 1 ədad “Sony Ericsson X10” və 1 ədəd “Samsung 5722” markalı mobil telefonlar aşkar olunaraq protokol əsasında götürülüb.






12 Fevral, 2011  17:18 Baxılıb: 1662 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner