Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

Kitab-sərgi yarmarkası – REPORTAJ - FOTOSESSİYA

.

Mədəniyyət və Turizm Nazirliyi, Naşirlər, Poliqrafçılar və Kitab Yayım Təşkilatları birgə 2013-cü ilin 23-25 sentyabr tarixində 3-cü Bakı Beynəlxalq Kitab-Sərgi yarmarkası keçirir.

Sərgi Opera-Balet teatrının qarşısında (üstüörtülü olmaqla) Nizami küçəsi ərazisində təşkil olunur.

Rəngarəngliyi ilə seçilən bu yarmarkada diqqət çəkən başlıca xüsusiyyət bir-birindən fərqli kitab nəşriyat evlərinin məhsullarının təmsil olunması idi. 

Tacikistan Respublikası Yazıçı nəşriyyatı, Asiya İnkisaf Bankı, Rus kitab evi, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət mərkəzi, Mədəniyyət,İncəsənət,Ədəbiyyat üzrə Küveyt Milli Şurası və bu kimi digər xarici ölkələrin təmsilçiləri kitab sərgisində istirak edirdilər.

Mədəniyyətlərin mübadiləsi üçün belə sərgilərin keçirilməsinin əvəzsiz rolu var. Kitab həvəskarları arasında aparılan sorğu insanların kitaba marağı haqqında fikirləri ümumiləşdirməyə şərait yaratdı.

Sərgidə daha çox gənclər və orta yaşlı insanlar istirak edirdilər. Kitab insanın dünyagörüşünün inkisafı, savadlanması, bədii-estetik zövqünün formalaşmasında böyük rol oynayır.

Sərgidə diqqət çəkən digər bir məqam da kitabların satış qiymətlərinin bazar qiymətlərinə uyğun olması idi, 50 qəpikdən 50 manata qədər qiymət aralığında oxucunun münasib kitabları əldə etməsi mumkün idi. Bəzi kitablar isə sadəcə nümayis üçün sərgilənmişdi. Kitablar həmçinin nəfis tərtibatı, üz qabıgınin gözəlliyi ilə oxucuların marağına səbəb olurdu.

Sərgidə Azərbaycan Respublikası Milli Konservatoriyası isə bütün yaş qrupunda insanlar üçün maraqlı olan təkmilləşdirilmiş və ya yeni ixtira olunmuş musiqi alətlərinin kolleksiyasını təqdim etmişdi.

Bunlar arasında ikikameralı kaman, altısimli kaman, elektro kaman, yeni sevgililər (misiqi aləti), qoşa qollu, yeni musiqi alətlərindən isə ay-ulduz, Qarabağ kamanı var idi.

Alıcılar içərisində gənclərinçox olması onların kitaba marağının artmasının bariz göstəricidir.

Yarmarkada ən çox romantik və dedektiv mövzularda kitablar müraciət olunur.
.
Turanə Hüseynova
Fotolar: Nuranə Novruzova

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 






24 Sentyabr, 2013  15:00 Baxılıb: 2684 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner