Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İlyas İsmayılov: «MSK-dakı təmsilçimizin fikirləri gulməlidir»

Elxan Şükürlü Oqtay Hümbətliyə partiya sədrinin dəstəyilə qalib gəlib 

Ədalət Partiyasında son günlər yaşanan gərginlik artan xətt üzrə davam edir. Partiyanın sədr müavini Elxan Şükürlünün MSK-dakı nümayəndəsi Oqtay Hümbətlinin ötən illərdəki fəaliyyətini ciddi tənqid etməsi qarşı tərəfdə qıcıq yaradıb.  


Artıq Ədalət Partiyası MSK-da təsmsil olunmaq üçün sədr müavini Elxan Şükürlünün namizədliyini Milli Məclisə təqdim edib.
Ədalət Partiyasının bu qərarı partiyanı ötən 5 ildə MSK-da təmsil etmiş O.Hümbətli tərəfindən narazılıqla qarşılanıb. O.Hümbətli bildirib ki, məsələ ilə bağlı partiyanın sədri İlyas İsmayılovla danışıb: «İlyas İsmayılov mənə bildirdi ki, Elxan Şükürlü onu cana yığıb, ona görə sən məni müdafiə et. Mən də deyirəm ki, əgər partiya Elxan deməkdirsə, onda təşkilatın qapılarını bağlayıb çıxıb gedək. Elxan Şükürlü deyib, əgər MSK-ya göndərilməsə partiyadan istefa verəcək. Nədənsə, İlyas İsmayılov da onun partiyadan getməsini istəmir. Və indi belə bir vəziyyət yaranıb. Mən olmasaydım bu parlament seçkilərində Ədalət Partiyasından heç kəs deputat seçilə bilməyəcəkdi».

O.Hümbətlinin fikirlərinə münasibətini öyrəndiyimiz partiya sədri İ.İsmayılov Simsar.az-a açıqlamasıda keçmiş MSK üzvünün dediklərini təkzib etdi: «Mən onunla bu məsələ barədə danışmamışam. Partiyanın MSK-da təmsilçiliklə bağlı qərarı var və Elxan Şükürlünün namizədliyini irəli sürmüşük. Başqa deyilənlər isə dedi-qodudan başqa bir şey deyil».

O.Hümbətlinin partiya sədrinin deputat seçilməsində rolunun olması barədə dediklərinə gəlincə İ.İsmayılov bu cür fikirləri gülməli sayır: «Oqtay Hümbətlinin əgər belə bacarığı varsa, elə özünü deputat seçdirəydi də. Mən inanmıram ki, o, belə bir söz danışsın».

RAMİL






12 Fevral, 2011  16:57 Baxılıb: 1790 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner