Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

Şou

Azərbaycanı “Eurovision-2011” müsabiqəsində Eldar Qasımov və Nigar Camal təmsil edəcək

Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Eurovision-2011” mahnı müsabiqəsinin milli final konserti keçirilib.

Final konserti aparıcı Leyla Əliyevanın Azərbaycan xalqını salamlamaqla başlayıb. Daha sonra səhnəyə ötən il Azərbaycanı “Eurovision-2010” müsabiqəsində təmsil edən və beşincilik qazanan Səfurə Əlizadə çıxıb. O, milli finalda Oslonun “Telenor Arena”sında ifa etdiyi “Drip ”la Azərbaycan tamaşaçıları qarşısında çıxış edib.

Təmsilçilik uğrunda 5 finalçı Eldar Qasımov, İlqarə İbrahimova, İlhamə Qasımova, Nigar Camal və Aynişan Quliyeva mübarizə aparıb. Münsiflər heyətində İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru İsmayıl Ömərov, sənətşünaslıq namizədi Lalə Kazımova, xalq artisti Rauf Babayev, xalq artisti, bəstəkar Faiq Sücəddinov, xalq artisti, müğənni Zülfiyyə Xanbabayeva, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Mənzər Nurəliyeva, “Eurovision” müsabiqəsi üzrə Azərbaycanın musiqi koordinatoru Zəhra Bədəlbəyli təmsil olunub.

İfaçıların hər biri 4 mahnıdan ibarət xüsusi repertuarla çıxış edib. İlk əvvəl Nigar Camal, ikinci Aynişan Quliyeva, sıra ilə İlqarə İbrahimova, Eldar Qasımov və İlhamə Qasımova öz istedadlarını bir daha nümayiş etdiriblər. Finalçıların hər biri dünya estradası ilə yanaşı, Azərbaycan mahnılarını da ifa ediblər. Final konsertində hazırda Maltanın milli seçimlərində münsiflər heyətində təmsil olunan Hüsniyyə Məhərrəmova ilə də telekörpü yaradılıb. Tele-aparıcı və “Eurovision” şərhçisi Maltanın seçimləri ilə bağlı məlumat verib.

Üç saatlıq konsert proqramında finalçılarla yanaşı, “Eurovision” ulduzlarının da çıxışları da olub. Şouda Gürcüstanın təmsilçisi Sofo Nijaradze, San-Marinonun “Eurovision-2011”dəki təmsilçisi Senit Zadik, İsveçrənin “Eurovision-2011”dəki nümayəndəsi Anna Rossinelli və digər qonaqlar finalçılara dəstək olublar. Final konsertində Eurovision TV-nin direktoru Yorqan Frank telekörpü vasitəsilə milli seçim turu iştirakçılarını da salamlayıb. Daha sonra təmsilçinin kim olacağını dəqiqləşdirmək üçün qapalı otağa keçən münsiflər gec də olsa öz rəylərini açıqlayıblar. Bu məqamda zaldakı tamaşaçılara müraciət edən Leyla Əliyeva xalqdan kimi dəstəklədiyini soruşub və tamaşaçılar İlhamə Qasımova və Eldar Qasımovun adını çəkiblər. Münsiflərin rəyini gözləyən tamaşaçılar üçün Səfurə Əlizadə üç mahnı ifa edib.

Nəhayət, 15 dəqiqədən sonra münsiflər heyətinin sədri və İctimai Teleradionun sədri İsmayıl Ömərov qalibi elan edib.

Azərbaycanı Düsseldorf səhnəsində keçiriləcək 56-cı “Eurovision” müsabiqəsində təmsil edəcək Eldar Qasımov və Nigar Camal müsabiqənin mayın 10-da keçiriləcək I yarımfinalında finala çıxmaq uğrunda mübarizə aparacaq. “Eurovision-2011”də 43 ölkənin iştirakı təsdiqlənib. Azərbaycan “Eurovision-2011”də duetlə təmsil olunacaq.

Milli Final konserti İctimai Televiziya ilə yanaşı, Eurovision TV, TRT və Gürcüstanın İctimai Televiziyası ilə canlı yayımlanıb.






12 Fevral, 2011  14:38 Baxılıb: 974 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
27 İyun, 2019  12:16




27 İyun, 2019  10:54





27 İyun, 2019  09:15





26 İyun, 2019  12:13


26 İyun, 2019  09:42

26 İyun, 2019  09:34












25 İyun, 2019  09:32

24 İyun, 2019  19:55




24 İyun, 2019  16:46


24 İyun, 2019  14:33






24 İyun, 2019  11:52




24 İyun, 2019  11:16


24 İyun, 2019  09:41

24 İyun, 2019  09:38

sagbanner