Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Rusiya eksperti Andrey Ryabov: "Dağlıq Qarabağın açarı Rusiyada deyil"

"Dağlıq Qarabağın açarı Rusiyada deyil." APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Moskva Karnegi Mərkəzinin aparıcı eksperti Andrey Ryabov APA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan danışıqlara girib, razılığa gələ bilmirlər. Amma Dağlıq Qarabağ münaqişəsinin həllinin Rusiyanın əlində olması düz deyil. "Xeyr, bu belə deyil. İş ondadır ki, Ermənistan və Azərbaycan öz aralarında razılığa gələ bilmirlər. Bu, belə görünür. Qarabağın mövqeyi hərdən İrəvanın mövqeyi ilə də üst-üstə düşmür. Maraqlı odur ki, Bakı ilə İrəvan arasında əlaqələri yaxşı saxlamaq lazımdır. Bu sahədə Rusiya liderlik rolunu oynamaq istəyir. Ona görə də həmişə çalışır ki, hər iki dövlət arasında ölkə prezidentləri səviyyəsində görüşlər keçirilsin, çox sənədlər qəbul edilsin, imzalar atılsın. Lakin bu sənədlərdə göstərilənləri həyata keçirmək üçün resurs yoxdur. Resurs-hər iki xalqdır, onun əhval-ruhiyyəsidir. Əlbəttə, Ermənistan-Türkiyə dialoqu da bu məsələdə böyük rol oynayır. Əgər bu dialoqun nəticəsi olarsa, əlbəttə, nəyəsə nail olmaq mümkündür. Lakin Qarabağın açarının Rusiyada olması sözü şişirdilmiş sözdür. Mən bilirəm ki, Bakıda da belə düşünürlər. Bu, belə deyil".

Rusiya eksperti Gürcüstan ərazisindən keçən Rusiya-Ermənistan qaz boru kəmərinin satışına da münasibət bildirib. Onun sözlərinə görə, bu siyasi sövdələşmədir. "Fikirləşirəm ki, bu məsələ çox ciddi siyasi sövdələşmədir. Burada böyük oyunlar gedir. Amma daha geniş sövdələşmələr, dialoqlar ən böyük tikinti layihələri sayılan "Nabukko" və "Ağ axın" layihələridir. Bu layihələr də mürəkkəb oyundan kənarda qalmayıb. Bəzən qarşılıqlı güzəştlər mənə elə gəlir ki, bu situasiyaya heç bir kardinal dəyişiklik etməyəcək. Boru kəmərinin satışı nəsə yeni danışıqlara bir addım atmaq deməkdir, hansı ki, biz onun məzmununu bilmirik. Bu, yalnız Qafqaz regionlarından keçən qlobal neft və qaz layihələrinə aid ola bilər", deyə Andrey Ryabov bildirib.






12 Fevral, 2011  03:20 Baxılıb: 1621 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner