Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Əhmədinejad yenə Qərbə meydan oxudu

İran islam inqilabının ildönümü münasibətilə paytaxt Tehranda keçirilən kütləvi tədbirdə çıxış edən prezident Mahmud Əhmədinejad Qərbə qarşı sərt bəyanatlar səsləndirib.

“Media forum” saytının məlumatına Əhmədinejad deyib: “Dünyanın bütün zülmkarları öz şeytani güclərini səfərbər etdilər ki, dünya xalqlarının azadlığı uğrunda qabaqcıl rol oynayan İran nüvə dövlətinə çevrilə bilməsin. Ancaq onlar buna nail ola bilmədilər. Mən onlara deyirəm ki, bu yolu davam etdirsəniz, qabaqcadan özünüzü məğlub hesab edin”.

Tunis və Misirdəki olaylara toxunan Əhmədinejad ərəb xalqlarına, o sıradan da Misir gənclərinə səslənib: “Ayıq-sayıq olun. Azad olmaq və öz hakimiyyətinizi qurmaq sizin haqqınızdır. Sizin haqqınız var ki, ölkənizin və dünyanın problemləri barədə azad şəkildə fikrinizi ifadə edəsiniz. Hakimiyyətin növünü və hakimiyyətdəkiləri seçmək də sizin hüquqlarınızdan sayılır. Ədalət tələb edin və onun gerçəkləşməsi uğrunda mübarizə aparın”.

Əhmədinejad dünyanın hegemon dövlətlərini kəskin tənqid edib: “Mən sizi əmin edirəm ki, mürəkkəb və şeytani proqramınıza, siyasətinizə baxmayaraq Allahın köməkliyi, xalqların isə müqaviməti sayəsində tezliklə Amerikasız və sionist rejimsiz yeni bir Orta Şərq gerçəkləşəcək. Yaranan bu yeni Orta Şərqdə isə sizə yer olmayacaq”.






12 Fevral, 2011  02:30 Baxılıb: 1529 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner