Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Əbiyev: "Müharibəyə hazırlaşırıq"

Müdafiyə naziri: “Minsk qrupunun fəaliyyəti konkret bir nəticə verməsə də, biz bu missiyaya hələlik ümidlərimizi itirməmişik”

Bu gün Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke, Bernar Fasye, İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən simsar.az-a verilən məlumata görə, görüş zamanı qonaqlar Dağlıq Qarabağ münaqişəsi və cəbhənin təmas xəttində mövcud vəziyyətlə bağlı öz təəssüratlarını bölüşüblər. 

Daha sonra Səfər Əbiyev bildirib ki, “Minsk qrupunun fəaliyyəti konkret bir nəticə verməsə də, biz bu missiyaya hələlik ümidlərimizi itirməmişik”.

Münaqişənin həllində səylərin birləşdirilməsinə üstünlük verən nazir Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsini və sülh variantının yalnız bu konteksdə baş tuta biləcəyini birmənalı olaraq qonaqların diqqətinə çatdırıb. Müdafiə naziri torpaqların işğaldan azad edilməsi üçün Azərbaycanın ciddi hazırlıqlar gördüyünü də xüsusi vurğulayıb.

O bildirib ki, belə vəziyyətlərdə bütün dövlətlər eyni cür hərəkət etmiş olarlar. Azərbaycanı heç kim bu məsələdə günahlandıra bilməz. Sözünə davam edən nazir S.Əbiyev bu qəbildən olan münaqişələrin həllində mövcud beynəlxalq qaydaların tətbiq edilməsinin zəruriliyini önə çəkərək yaxın keçmişdə bir neçə ölkənin timsalında bu cür yanaşmanı misal gətirib. Və qeyd edib ki, həmin münasibət Azərbaycana da göstərilməlidir, lakin biz bunun fərqini görürük, bu da acı təəssüf doğurmaya bilməz.






11 Fevral, 2011  20:51 Baxılıb: 1677 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner