Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Məleykə Abbaszadə: «Mənə toxunmayasan gərək»

«Mənə təzyiq olanda mən daha da güclənirəm və təzyiqə də cavab verirəm»

«Mənim xasiyyətim pisdir. Mənə təzyiq olanda mən daha da güclənirəm və təzyiqə də cavab verirəm. Mənə toxunmayasan gərək. Prezidentin bu məsələ ilə bağlı mövqeyi vardı. O, bizə etimad göstərmişdi və tapşırıq vermişdi ki, bu proses tam şəffaf keçsin. Həmçinin Prezident bildirmişir ki, “siz heç kimin təzyiqinə məruz qala bilməzsiz”. Buna vaxt lazım idi».
Bu sözləri jurnalistlərlə görüşündə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib.
O bildirib ki, indii ona heç kim heç nə tapşırmır: «Məndən xahiş olunanda, mən onlara jurnal bağışlayıram, sınaq imtahanına yazdırıram. İmtahanın nəicəsinə görə məsləhət verirəm. Mən bunu televiziya vasitəsi ilə də verirəm. Elə hallar olur ki, mən kiməsə individual da məsləhət verirəm. Dövlət telefonuma da bununla bağlı zəng gələndə mən öz məsləhətlərimi verirəm».
TQDK sədri son vaxtlar ölkədə korrupsiyaya qarşı aparılan mübarizə tədbirlərinə onun rəhbərlik etdiyi qurumda hələ 1992-ci ildən start verildiyini deyib: «Hesab edirəm ki, korrupsiyaya qarşı mübarizədə aşkarlıq çox vacib məsələlərdən biridir. Biz işimizi elə qurmuşuq ki, hər bir məsələ aşkar olsun. Bizim apardığımız işlər, gördüyümüz xidmətlər bir ilin, bir ayın işi deyil. Biz ilk dəfə bu proseslərə 92-ci ildən qoşulmuşuq. Biz insanlar üçün elektron xidmər göstəririk. Bu onu göstərir ki, məmurla heç bir münasibəti olmayan şəxs dövlət tərəfində göstərilən bütün xidmətləri əldə edir. Biz çalışırıq insanlar heç bir məmurdan asılı olmasınlar. Biz minlərlə, yüz minlərlə insana elektron xidmət göstəririk. Bizim işçilərimiz yaxşı bilirlər ki, bu cür neqativ hallara yol versələr, mən şəxsən özüm onun cəzalandılmasını tələb edəcəm. Bizim əməkdaşlarımız öz sahələrində professionaldırlar. Əgər insan öz peşəsinin qiymətini bilirsə, o, heç zaman qeyri-qanuni iş görməyəcək».

Simsar.az






11 Fevral, 2011  20:21 Baxılıb: 1639 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner