Türkiyə prezidenti Abdulla Gül fevralın 14-də İrana rəsmi səfər edəcək.
Simsar-ın İRNA-ya istinadən verdiyi məlumata görə, bu xəbəri jurnalistlərə İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ramin Mehmanpərəst açıqlayıb. O bildirib ki, A. Gül İran prezidenti Mahmud Əhmədinejadın dəvətinə əsasən 3 gün İranda olacaq. Səfər zamanı ikitərəfli əlaqələrin inkişafı, bölgədə baş verən hadisələr, beynəlxalq məsələlər və digər mövzular müzakirə ediləcək.
DİGƏR XƏBƏRLƏR