Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

AXCP Müsavat Partiyası ilə müttəfiqlik sazişi imzalamağa ehtiyac görmür

“7 noyabr parlament seçkiləri ərəfəsində AXCP ilə Müsavat Partiyası arasında birgə seçki bloku qurularaq müttəfiqlik münasibətləri yaranmışdı.

AXCP-nin qurultayında isə Müsavat Partiyası ilə birləşmək barədə qərar qəbul olundu. Biz qərar verdik ki, Müsavatla mövcud müttəfiqlik münasibətləri bu partiyanın qurultayına qədər davam etdirilsin. Biz müttəfiqlikdən daha üstün inteqrasiya forması kimi partiyaların birləşməsini vacib saydıq”. Bu sözləri APA-ya açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib. Müsavat Partiyasının başqanı İsa Qəmbərin fikirlərinə münasibət bildirən F. Qəhrəmanlı xatırladıb ki, AXCP Rəyasət Heyətində iki partiyanın əməkdaşlığı mövzusunda müzakirələr aparılıb və Müsavat Partiyası ilə müttəfiqlik münasibətlərini davam etdirmək qərarı verilib: “Ona görə də yeni bir saziş imzalanmasına ehtiyac görmədik. Çünki bizim belə bir daxili inamımız olub ki, Müsavat Partiyasının qurultayında birləşməklə bağlı pozitiv qərar qəbul oluna bilər. Ona görə də aramızda olan müttəfiqlik münasibətlərinə dair müqavilə imzalamağa lüzum görməmişik. Hesab etmişik ki, biz onsuz da müttəfiqik, münasibətlərimiz qalır, bununla bağlı AXCP Rəyasət Heyətinin və Müsavat Məclisinin ayrı-ayrılıqda qərarı, münasibəti var”.

F. Qəhrəmanlı Müsavat Partiyasının bu ilin birinci yarısında keçiriləcək qurultayını gözlədiklərini də vurğulayıb: “Qurultayda hansı qərar qəbul olunacağından asılı olaraq biz qərarımıza yenidən baxacağıq”.

Qeyd edək ki, Müsavat Partiyasının başqanı İsa Qəmbər “Yeni Müsavat” qəzetinə müsahibəsində AXCP rəhbərliyinə müttəfiqlik sazişinin imzalanması üçün təklif verdiklərini deyib: “Mənə elə gəlir ki, müəyyən söz-söhbətlər, anlaşılmazlıqlar olduğu üçün yeni bir müttəfiqlik sazişinin imzalanması işin xeyrinə olar. Bunu səsləndirmişik, təklifimizi AXCP rəhbərliyinə çatdırmışıq. Ancaq yenə də səslənməsinin bir ziyanı yoxdur. Müsavat Məclisi 26 dekabr toplantısında AXCP ilə müttəfiqliyin davam etməsi və daha da dərinləşməsi mövqeyini qəbul edib. Həmin mövqeyə uyğun olaraq biz AXCP-yə müttəfiqlik haqqında saziş imzalamaq haqda düşünməyi təklif etmişik. Ancaq istənilən halda İctimai Palatada da, ikili münasibətlərdə də müttəfiqliyimizi davam etdirmək fikrindəyik və etdiririk”.






11 Fevral, 2011  19:43 Baxılıb: 1965 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner