Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

«Səhliyalı» alıcıları necə aldadır?

Müəssisə rəhbərliyi ittihamlara cavab vermək niyyətində deyil

Ölkədə istehsal olunan kolbasalarla bağlı mübahisələr davam etməkdədir. Ayrı-ayrı müəssisələr «halal» adı altında kolbasalar istehsal edirlər ki, onların əslində bu adla hər hansı əlaqəsinin olduğunu söyləmək çətindir. 
Artıq hakimiyyətə yaxın olan mətbu orqanlar da problemin ciddiliyini nəzərə alaraq mövzunu gündəmə gətiriblər. «Yeni Azərbaycan» qəzetinin yazdığına görə, «Halal Nemət, Min Bərəkət» ticarət nişanı ilə kolbasalar istehsal edən «Səhliyalı» müəssisəsi saxta məhsullar buraxır. Belə ki, məhsulların üzərində «Qafqaz Müsəlmanları İdarəsi təminat verir» ifadəsi QMİ-nin açıqlaması ilə ziddiyyət təşkil edir. Çünki QMİ-nin hallallıq zəmanəti verdiyi şirkət məhsullarının sırasında «Səhliyalı»nın adı yoxdur. Qəzetin yazdıqlarına görə, kolbasa üçün məhsullar hansısa ərəb ölkələrindən gətirilən dondurulmuş naməlum heyvan ətindən hazırlanır. Çəkilmişə farşa müxtəlif ədviyyatlar qatılır ki, donmuş ətin üfunəti hiss olunmasın.
Daha sonra müəllif bu şəraitdə fəaliyyət göstərən bir şirkəti reklam edən ATV kanalını tənqid atəşinə tutub: «ATV kanalında həmin sexdəki istehsal prosesindən hazırlanan reklam çarxında buradakı ideal təmizliyi, əsas xammal kimi müəssisənin hansısa rayondakı yardımçı təsərrüfatda bəslənən və təzə kəsilmiş dana ətindən istifadə olunmasını az qala, tamaşaçının gözünə soxurlar. Bu sexdə gördüklərim isə «halal» kolbasaların necə halallıqla hazırlanması haqda təsəvvürlərimi alt-üst etdi».
Qeyd edək ki, bir müddət öncə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarında kolbasa məhsullarının keyfiyyəti ilə bağlı apardığı monitorinqlər zamanı Xırdalan şəhərində yerləşən “Səhliyalı” kiçik müəssisəsinin istehsalı olan
Məhsulların etiket göstəricilərinə uyğun olmadığı aşkar edilib.

Qeyd olunan ittihamlara münasibət öyrənmək üçün simsar.az saytı Səhliyalı kiçik müəssisəsinə müraciət edib.
Müəssisənin rəhbərliyində təmsil olunan Fəxrəddin müəllim şirkət barəsində gedən yazıları oxuduqdan sonra bizə cavab verəcəyini bildirsə də, günün yarısına qədər ondar heç bir xəbər çıxmadı.
Operativlik naminə redaksiya məlumatın saytda yerləşdirilməsinə razılış verdi.
RAMİL






11 Fevral, 2011  19:01 Baxılıb: 2337 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner