Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Milli Məclisdə korrupsiya kampaniyasından danışıldı

Bu gün dördüncü çağırış Milli Məclisin yaz sessiyasının növbəti iclası keçirilir. Modern.az parlamentdən xəbər verir ki, iclasda ayrı-ayrı deputatlar dövlət orqanlarındakı korrupsiya və rüşvətxorluqla bağlı həmin qurumların rəhbərlərinin etiraflarına diqqət çəkiblər, bu məsələlərin Milli Məclis tərəfindən də müzakirə olunmasını təklif ediblər.

Deputat Asim Mollazadə ölkədə korrupsiya ilə mübarizə istiqamətində aparılan işlərdən söz açıb. O, deyib ki, bir sıra nazirliklər, dövlət komitələri kimi Milli Məclis də korrupsiya ilə mübarizədə sistemli islahatlar keçirilməsinə öz töhfəsini verə bilər. 
““Təhsil haqqında” qanun qəbul etdik. Amma ali təhsil ocaqlarında və orta məktəblərdə müəllimlərə verilən aşağı əmək haqqı imkan vermir ki, yüksək peşəkarları təhsildə işə cəlb edək. Tezliklə orta ümumtəhsillə bağlı da müvafiq qanun qəbul etməliyik”.
A.Mollazadə cəmiyyətdə həkimlərlə bağlı formalaşan münasibətə də toxunub: “Belə çıxır ki, həkimlərin hamısı rüşvətxordur. Elə deyil axı. “Tibbi sığorta haqqında” qanun qəbul edilsə də, bu sistem işləmir. Öz sağlamlığı ilə bağlı problemlər vətəndaşların üstünə düşür”.

Deputat İqbal Ağazadə təklif edib ki, Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına Azərbaycan ictimaiyyətinin nümayəndələri də daxil edilsin:
“Və cəmiyyət də bunun kampaniya xarakterli olmadığının şahidi olsun. Komissiyanın tərkibində təəssüf ki, parlamentin azlıqda qalan müxalifətçi deputatlarından, həmçinin, ictimai-siyasi təşkilatlardan və siyasi partiyalardan nümayəndələr yoxdur. Daha effektiv olardı ki, ictimai nəzarəti təmin etmək üçün komissiyanın tərkibi yenidən formalaşdırılsın”.

Millət vəkili Fazil Mustafa da İ.Ağazadənin təklifini dəstəkləyib və bildirib ki, Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının tərkibində parlamentdəki müxalifət partiyalarının nümayəndələri yer almalıdırlar. O, deyib ki, korrupsiyaya qarşı aparılan kampaniya o vaxt effektiv olur ki, bu, islahata çevrilsin.
“İndi hamı gözləyir ki, bu, islahata çevriləcək, yoxsa 10-15 günlük olacaq”. F.Mustafanın sözlərinə görə, BAXCP, Ədalət və Böyük Quruluş partiyalarının “İslahat” deputat qrupu adından təkliflər paketi təqdim edilib. O, bu paketdə demokratik islahatlar aparılması baxımından gözəl təkliflərin yer aldığını söyləyib.

Deputat Qüdrət Həsənquliyev deyib ki, ölkədə korrupsiya problemi kəskinləşmişdi və onun üstünə getmək lazım idi. “Bunun kampaniya xarakterli olacağını deyən dairələrlə razı deyiləm. Bu addımlar müdafiə olunmalıdır. Bu mübarizə gücləndirilməlidir. Milli Məclisdə də bu məsələ ilə bağlı müzakirə açılsa və bura QHT nümayəndələri dəvət olunsa, yaxşı olar”.
Q. Həsənquliyev Vəkillər Kollegiyasından çıxarılan vəkil Osman Kazımovun da məsələsini qaldırıb. Deyib ki, onu qanunsuz olaraq kollegiyadan kənarlaşdırıblar. Deputatın sözlərinə görə, vəkillərin çoxu müstəntiqlərdən şikayət edirlər. Bütün dünyada da belədir. “Onda gərək respublikada müstəntiqdən şikayət edən hər vəkil kollegiyadan çıxarılsın. Bu cür addımlarla ölkənin imicinə ziyan vurulur. Mən istərdim ki, Milli Məclis rəhbərliyi buna diqqət yetirsin".


Milli Məclisin komitə sədri Əli Hüseynli deyib ki, Azərbaycan inkişaf etməkdə olan ölkədir və hökumətin korrupsiyanın bizim inkişafımıza vurduğu zərərləri minimuma endirmək niyyəti var və aparılan tədbirlər davam edəcək.
"Həmkarlarımla razıyam ki, bu iş cəmiyyətin bütün nümayəndələri tərəfindən həyata keçirilməlidir. Elə cənab Prezident də vurğuladı ki, korrupsiya ilə mübarizə sistemində yaxşı qanunvericilik mövcuddur. Amma bu iş hər bir vətəndaşın borcudur. Komissiyanın tərkibi ilə bağlı təkliflər formal xarakterlidir. Əgər məsələyə bu baxımdan yanaşsaq, ciddi nəticələr əldə etmərik".

Parlamentin spikeri Oqtay Əsədov bildirb ki, o, korrupsiyaya qarşı atılan addımların müvəqqəti xarakterli olması ilə bağlı söylənilənlərlə razı deyil.
"Əsaslı islahatlar olacaq və bu istiqamətdə işlər davam etdiriləcək. Bir çox suallar olacaq. Amma iclası debata çevirmək istəmirəm".






11 Fevral, 2011  17:33 Baxılıb: 925 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

21 Yanvar, 2020  14:54

21 Yanvar, 2020  13:21


21 Yanvar, 2020  11:31

21 Yanvar, 2020  11:17

21 Yanvar, 2020  10:39

20 Yanvar, 2020  09:57




18 Yanvar, 2020  12:08





17 Yanvar, 2020  16:15

17 Yanvar, 2020  15:22




17 Yanvar, 2020  13:51


17 Yanvar, 2020  11:02

17 Yanvar, 2020  10:35









16 Yanvar, 2020  09:21

15 Yanvar, 2020  17:38








15 Yanvar, 2020  14:14


15 Yanvar, 2020  10:51



14 Yanvar, 2020  14:14

14 Yanvar, 2020  14:03


sagbanner