Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Ramiz Həsənov: “Desək ki, bizdə korrupsiya olmur, yalan olar”

Bu gün Standartlaşma, Patent və Meterologiya Komitəsinin sədri Ramiz Həsənov mətbuat konfransı keçirilib.

O 2010-cu ilin yekunları ilə bağlı məlumat verib. R. Həsənov deyib ki, Komitə 2010-cu ildə 2146 təsərrüfat obyektində yoxlama aparılıb. Bunlardan 148-i istehsal sahəsində, 929-u ərzaq, 552-si isə qeyri-ərzaq istehsal sahəsində aparılıb. Yoxlama zamanı 344 müəssisədə nöqsanlar aşkar edilərək iradnamə və tələbnamələr verilib, 47 müəssisə barəsində inzibati xəta haqqında protokol tərtib edilib və qərar qəbul olunub. Həmin müəssisələr iki yüz iyirmi yeddi min beş yüz manat cərimə olunub. Ümumilikdə 1048 kq, 30 litr, 1 milyon 854 min 759 ədəd müxtəlif çeşidli ərzaq və qeyri-ərzaq məhsıullarının satışına qadağa qoyulub. Bunlardan 191 kq-ı mənşəyi məlum olmayan, 450 kq-ı saxlama müddəti bitmiş, 200 kq-ı isə normativ sənədlərə uyğun olmayan məhsullar olub. 

R. Həsənov Standartlaşma, Patent və Meterologiya Komitəsinin də öz növbəsində korrupsiyaya qarşı mübarizəyə başladığını deyib. “Biz də ciddi şəkildə korrupsiya ilə mübarizəyə qoşulmuşuq. Desək ki, bizdə korrupsiya olmur yalan olar. Çünki, komitənin hər bir yerdə işçiləri var, onların hamısına nəzarət etmək olmur. Amma, strukturumuzda daxili nəzarət şöbəsi var ki, bu şöbə onlara nəzarət edir. İl ərzində 7-8 nəfər işdən çıxarılıb”.






11 Fevral, 2011  17:33 Baxılıb: 3197 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner