Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Xarici ölkələrdə verilmiş sürücülük vəsiqəsi ilə Azərbaycanda maksimum bir il maşın sürmək olar

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev

Xarici ölkələrdə sürücülük vəsiqəsi almış vətəndaşlar Azərbaycan ərazisində 1 ildən sonra yenidən bu sənədi almalıdırlar.

Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Trend-ə bildirib ki, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən beynəlxalq standartlara uyğun verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqələrinin Azərbaycan ərazisində etibarlılıq müddəti 1 ildir. Şöbə rəisi deyib ki, “Avtomotonəqliyyat vasitələrini və onların qoşqularını idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi qaydaları haqqında” təlimatın tələblərinə uyğun olaraq, həmin vətəndaşlar bu müddət başa çatdıqdan sonra yenidən sürücülük vəsiqəsi almalıdırlar.

Kamran Əliyevin sözlərinə görə, əvvəllər xarici ölkələrdə yaşamış və sonradan Azərbaycana köçüb gəlmiş şəxslərin malik olduğu milli və ya beynəlxalq sürücülük vəsiqəsinin notarial qaydada təsdiq olunmuş tərcüməsi sürücülük vəsiqəsinin alınması üçün əsas götürülə bilər: “Belə şəxslərə sürücülük vəsiqəsi onlar tibbi müayinədən keçdikdən, nəzəri bilik səviyyəsi və sürmə vərdişləri yoxlanıldıqdan sonra əvvəllər malik olduqları kateqoriyalar üzrə müvafiq qaydada verilə bilər”.

Kamran Əliyev bildirib ki, Baş Dövlət Yol Polisi İdarəsinin qeydiyyat-imtahan məntəqələrində yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlar Azərbaycan, rus və ingilis dillərində verilə bilər.






11 Fevral, 2011  15:57 Baxılıb: 3462 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner