Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Bu gün “Eurovision-2011”-in milli final konsertidir

Final şousu sürprizlərlə dolu olacaq

Bu gün Akademik Milli Dram Teatrında keçiriləcək “Eurovision-2011” Milli Final konserti İctimai Televiziya ilə yanaşı “Eurovision TV”, “TRT” və Gürcüstanın İctimai Televiziyası ilə canlı yayımlanacaq. Lent.az-ın itv.az-a istinadən məlumatına görə, final şousu sürprizlərlə dolu olacaq. “Eurovision TV”-nin direktoru Yorqan Frank telekörpü vasitəsilə milli seçim turu iştirakçılarını salamlayacaq. 

Bundan başqa, Azərbaycanın “Eurovision-2010” Mahnı Müsabiqəsində təmsilçisi Safuranın, Gürcüstan təmsilçisi Sofia Nijaradzenin, San Marinonun “Eurovision-2011” - dəki təmsilçisi Senitin, İsveşrənin “Eurovision-2011”-dəki nümayəndəsi Anna Rossinellinin və digər qonaqların ifaları təqdim olunacaq.

Qeyd edək ki, dünən Akademik Milli Dram Teatrı səhnəsində “Eurovision-2011” Mahnı Müsabiqəsinin Milli Finalının son məşqləri keçirilib. İctimai Televiziyanın səyyar kameraları, texniki və yaradıcı heyəti teatra cəlb olunub.

Bu gün 5 finalçı - Nigar Camal, Eldar Qasımov, Aynişan Quliyeva, İlqarə İbrahimova və İlhamə Qasımova bu səhnədə öz səs imkanlarını və performanslarını göstərəcəklər. İfaçıların hər biri 4 mahnıdan ibarət xüsusi repertuarla çıxış edəcək. Üç saatlıq konsert proqramı nəzərdə tutulub.






11 Fevral, 2011  15:36 Baxılıb: 1734 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner