Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Ermənilər Türkiyə parlamentində mandat qazanmaq üçün pul buraxmağa hazırlaşırlar

Erməni namizədlər Türkiyə Böyük Millət Məclisinə seçiləcəklərmi?

AKP-li millət vəkili Mehmet Ceylan: «Ermənilərin Türkiyə parlamentinə girməsi mümkün deyil»

«Ədalət və Kalkınma Partiyası heç bir halda erməni namizədləri irəli sürməyəcək. Kimsə bu məsələnin partiyanın rəhbər orqanlarında səsverməyə çıxarılmasına belə cəsarət edə bilməz. Biz buna qətiyyən yol vermərik». Bu sözləri Türkiyənin hakim Ədalət və Kalkınma Partiyasının (AKP) idarə heyətinin üzvü, TBMM-nin xarici əlaqələr komissiyasının sədr müavini Mehmet Ceylan Milli.Az xəbər portalına müsahibəsində deyib.

Müsahibənin səbəbi ordan başladı ki, Türkiyənin «Hürriyət» qəzeti bu il ölkədə keçiriləcək parlament seçkilərində 6-sı partiyalardan, 1-i isə bitərəflərdən olmaqla 7 erməninin namizədliyinin irəli sürüləcəyi barədə məlumat dərc edib. Bu məlumatı «Armenia Today» on-layn nəşri də məmnuniyyətlə tirajlayıb. Məlumatın haradan qaynaqlandığı isə heç yerdə açıqlanmayıb.

"Türkiyədə hər hansı siyasi partiyanın erməni namizədlərə meydan verməsi onun sonunu gətirər"

Milli.Az saytı xəbər portalı Türkiyədə ermənilərin parlament seçkilərinə qatılmağa nə səbəbdən təşəbbüs göstərdiklərini aydınlaşdırmağa çalışıb. Türk millət vəkili Mehmet Ceylan AKP-nin milyonlarla üzvü olduğunu, onların arasında ermənilərin olub-olmadığını bilmədiyini deyib. Onun sözlərinə görə, partiya üzvlərinin anketlərində milli tərkib barədə konkret məlumatlar göstərilməyib. «Bəlkə də AKP-də erməni əsilli Türk vətəndaşlar var. Amma bu o demək deyil ki, AKP seçkilərdə erməni namizədlə iştirak edəcək. Əvvəla Türkiyədə ermənilər həlledici səsə sahib olacaq qədər çox deyillər. Onlara üstünlük vermək seçkilərdə heç bir partiyaya üstünlük qazandırmaz. Digər tərəfdən, türk-erməni münasibətlərində kifayət qədər problemlərin olduğu, bu məsələlərlə çox ehtiyatla davranmaq lazım gəldiyi bir dönəmdə siyasətçilərin erməniləri seçki gündəliyinə çıxarması ağılsızlıq olardı. Seçkilərə erməni namizədlərlə gedən istənilən partiyanın barajın altında qalacağını (qalib gəlmək üçün baryeri keçə bilməyəcəyini-red.) düşünürəm. Bu, mənim şəxsi qənaətlərimdir. Əgər partiyada da bu barədə məndən soruşsalar, cavabım birmənalı şəkildə yox olacaq» - deyə Mehmet Ceylan bildirib. Türk millət vəkilinin sözlərinə görə, Türkiyə vətəndaşı olan hər kəsin seçkilərdə iştirak etmək hüququ var, o cümlədən də ermənilərin. Amma bu faktor üzərində məqsədyönlü siyasətin aparılması doğru deyil. Ceylan fikirlərinə həmçinin bu sözləri əlavə edib: «Türkiyədə hər hansı siyasi partiyanın hazırkı həssas məqamda erməni namizədlərə meydan verməsi onun sonunu gətirər. Amma ermənilər istəsələr, bitərəf kimi seçkilərə qatıla bilərlər. Belə olan təqdirdə də onların səs qazanması mümkün deyil. İnanmıram ki, Türkiyədə ermənilərin özündən başqa kimsə Məclisdə erməni millət vəkili görmək istəsin».   

CHP-nin nüfuzuna qarşı erməni kartından yararlanırlar 

Erməni mətbuatı TBMM-nə namizədlərdən birinin CHP-dən olduğuna dair məlumat verib. CHP-nin ictimaiyyətlə əlaqələr idarəsindən Pelin Aksoyoğlu milli.az-a bildirib ki, onların erməni namizədləri yoxdur. «Əgər partiyada erməni namizəd barədə düşünülsə, bu barədə mətbuata ilk açıqlamanı biz verərdik. Amma biz belə bir açıqlama verməmişik. Bu barədə məlumatlar kimlərinsə özfəaliyyətinin nəticəsidir. Bəziləri ictimai rəyi yoxlamaq üçün, bəziləri də CHP-nin ölkədəki artan nüfuzuna xələl gətirmək üçün bu cür şeyləri uydururlar. Kimsə CHP-yə qarşı erməni kartından istifadə etməsin, bir şeyə nail olmaz» - deyən Aksoyoğluna görə, bəlkə də bu siyasi cəhətdən fəal olan ermənilərin arzularıdır. Və onlar seçkilərə qatılmaq üçün CHP-dən faydalanmaq niyyəti güdürlər.

MHP erməni namizəd irəli sursə...

MHP sədrinin müavini, millət vəkili Faruk Bal isə erməni namizədlə bağlı xəbəri «sürpriz xəbər» kimi qarşılayıb. “Milli.az”-ın bu barədə sualını sualla cavablandıran Bal «əcaba, hansı siyasi partiya buna cəsarət edib, siz bu xəbəri haradan almısız?» deyə soruşub. Bal bu xəbərin türk mənbələrindən deyil, erməni mənbələrindən qaynaqlandığına inandığını deyib. «Həm xaricdəki erməni diasporu, həm də Ermənistandakı siyasi dairələr həmişə Türkiyə parlamentinə erməni soxmaq barədə davamlı siyasət yeridirlər. Amma hər kəs həddini bilməlidir. Ermənilərin Türk parlamentində söz hüququ əldə etməsi ağ olardı» - deyə Bal bildirib.
MHP sədrinin digər müavini, millət vəkili Tunca Toskay isə “milli.az”a bildirib ki, seçkilərin vaxtı martın 1-də bəlli olacaq. Türkiyədə seçkilərin vaxtı elan olunmamış namizədlərin müəyyənləşdirilməsi praktikası yoxdur. Odur ki, erməni namizədlər barədə deyilənlər kökündən yanlışdır.

Ermənilərin siyasi cəhətdən fəal olduğu İzmir şəhərində də partiyalar erməni təmsilçilərlə parlament seçkilərinə qatılmağı ağılsızlıq sayırlar. MHP-nin İzmir təşkilatının yetkilisi Lütfi Təmiztürk Milli.Az xəbər portalına bu barədə deyib: «Türkiyə Böyük Millət Məclisinə erməni namizədin irəli sürülməsi əxlaqsızlıq və xəyanətdir. Biz türk milliyyətçiləri olaraq heç bir zaman parlamentdə erməninin türk milliyyətini təmsil etməsinə izn vermərik. Əgər MHP-nin mərkəzi qərargahı belə bir qərar vermək barədə düşünsə, inanın ki, partiya rəhbərliyini kürsüdən aşırarıq».

Ermənilər TBMM-dən pulla mandat almaq istəyir

Xatırladaq ki, Türkiyədə tamamilə ermənilərdən ibarət yeganə yaşayış məskəni Hatay bölgəsinin Samandağ ilçəsinə bağlı Vakıflı kəndidir. Ötən dəfəki parlament seçkilərində bu kənddə səs çoxluğunu CHP əldə edib. Bu partiyanı isə DYP, DSP və MHP təqib eləyib. Hətta MHP 150 erməninin yaşadığı bu kənddə 14 səs qazanıb. Yerli seçkilərdə isə AKP birinci, CHP ikinci, MHP isə üçüncü olub. MHP bu seçkilərdə 21 səs qazanıb.
Erməni namizədlərin irəli sürülməsi ilə bağlı məlumatların kökü isə doğrudan da erməni mənbələrindən qaynaqlanıb. “USA Armenian life” bu günlərdə «erməni xalqının haqlarının dünyada bərpası üçün» hər bir ölkənin parlamentində erməni təmsilçinin olmasının zəruriliyini ifadə edən yazı dərc edib. Amerikanın Erməni Milli Komitəsinin (ANCA) Los-Ancelesdəki toplantısındakı fikirləri dəyərləndirən nəşr «Toplantıda hamının gəldiyi yekun rəy bu idi ki, erməni xalqının haqq səsinin bütün dünyada eşidilməsi üçün ən əvvəl hər bir ölkənin parlamentində heç olmasa 1 erməni təmsilçinin olması vacibdir» yazıb. Burada indiyədək Türkiyə parlamentində ermənilərin təmsilçiliyinin olmaması ilə bağlı təəssüf hissi ifadə olunub. “Armenian life” ANCA sədri Ken Xaçikyanın toplantıdakı çıxışından sitatı da dərc eləyib: «Biz hamıya soyqırımı qəbul etdirə bilirik. Amma soyqırımı Türkiyənin də qəbul etməsi vacibdir. Bu məsələ Türkiyə parlamentində qaldırılmalıdır. Bunun üçün əvvəlcə orada erməni deputatların olmasını təmin etmək gərəkdir. Erməni fondları Türkiyə partiyalarına seçkilər üçün vəsait ayırmağı, hər partiyadan heç olmasa 1 deputat yeri almağı təmin etməyə çalışmalıdır».






11 Fevral, 2011  14:35 Baxılıb: 1047 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


5 Avqust, 2020  14:05


5 Avqust, 2020  09:37


4 Avqust, 2020  16:47




4 Avqust, 2020  10:26

4 Avqust, 2020  09:44


30 İyul, 2020  10:12



28 İyul, 2020  10:55





24 İyul, 2020  14:57




23 İyul, 2020  17:42



23 İyul, 2020  14:52



23 İyul, 2020  09:12

23 İyul, 2020  09:07










22 İyul, 2020  10:17

21 İyul, 2020  16:43







sagbanner