Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Misir Amerikanın çağırışını rədd edib

Misirin xarici işlər naziri Əhməd Əbul Qeys

 

Misirin xarici işlər naziri Əhməd Əbul Qeys Amerika Birləşmiş Ştatlarının ölkədə fövgəladə vəziyyəti aradan qaldırmaq barədə çağırışını rədd edib.

 

 

Milli.Az xəbər portalı BBC-yə istinadən bildirir ki, nazirin mülahizələri nümayişçilər aksiya ərazisini genişləndirərək parlament yaxınlığında düşərgə saldığı bir vaxtda səslənib.

Misirin xarici işlər naziri deyib ki, Ağ Evdən Misirə fövqəladə vəziyyəti ləğv etmək çağırışı vəziyyətə müsbət təsir etmir. Çünki türmədən qaçan 17 məhbus azadlıqdadır.

Ancaq misirlilər inanır ki, hökumət vəziyyəti pisləşdirmək üçün onları qəsdən türmədən qaçırıb.

Ağ Ev narahat hökumətə təzyiqləri artırdığı bir vaxtda, digər bir rəsmi mətbuat konfransında deyib ki, İsrail və Amerika Birləşmiş Ştatları hərbinin sabitləşdirici roluna ümid bağlayır.

Bu siyasət ziddiyyətli görünür, çünki ordu indi status kvonu saxlayan əsas qüvvədir. Bəziləri hətta hərbinin iğtişaşlardan sonra indi daha çox hakimiyyətə yiyələndiyini iddia edir.

Dünən gecəni nümayişçilər Qahirədə, parlament binası qarşısında qurduqları çadırda keçiriblər. Bu günə planlaşdırılan nümayişlər isə hökumətə təzyiqləri daha da artıra bilər. 

 






11 Fevral, 2011  02:45 Baxılıb: 1758 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner