Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Litvalı iş adamları Sumqayıt Texnologiyalar Parkında olublar

Litva Seyminin sədri xanım İrena Dyaqutene

Litva Seyminin sədri xanım İrena Dyaqutenenin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Azərbaycana gəlmiş litvalı iş adamları Sumqayıt Texnologiyalar Parkında fəaliyyət göstərən müəssisələrdə olublar.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-ECONOMICS»ə verilən məlumata görə, Litvanın nümayəndə heyəti Sumqayıt Texnoparkının fəaliyyəti, elektroenergetika sənayesi üçün məhsullar hazırlayan zavodlar, sexlər və istehsal xətləri ilə tanış olub.

Litvalı iş adamlarına məlumat verilib ki, texnopark Azərbaycan sənayesində yeni infrastruktur layihələr həyata keçirən nəhəng istehsal müəssisəsidir. Hazırda texnoparkda 9 zavod fəaliyyət göstərir, yaxın vaxtlarda daha 1 zavodun (Dəqiq emal mərkəzləri zavodu) istifadəyə verilməsi nəzərdə tutulur, 8 zavodun inşası isə davam edir. Hazırda müəssisədə 1 000-ə qədər işçi çalışır. Bütün zavodlar fəaliyyətə başladıqdan sonra isə iş yerlərinin sayı 3 000-ə çatdırılacaq. Texnoparkda ən müasir texnologiyalar əsasında ixrac yönümlü və maşınqayırma məhsulları istehsal olunur, 30 zavod və sexdən ibarət olacaq bu parkda müxtəlif çeşidli məhsulların (kabellər, transformatorlar, yüksək gərginlikli avadanlıqlar, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular və s.) istehsalı genişləndiriləcək.

Qonaqlar Azərbaycanda gedən dinamik sosial-iqtisadi inkişafdan, müasir standartlara cavab verən müəssisələrdə yeni texnika, avadanlıq və texnologiyaların tətbiqindən məmnunluqlarını ifadə edib.






10 Fevral, 2011  23:45 Baxılıb: 1750 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner