Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Kəmaləddin Heydərov qanunu pozanlara xəbərdarlıq etdi

“Qanunvericiliyin tələblərinə riayət etməyən bütün fiziki və hüquqi şəxslərlə bağlı materiallar hüquq-mühafizə və məhkəmə orqanlarına göndəriləcək”

Fevralın 10-da Fövqəladə Hallar Nazirliyində dövlət və özəl tikinti şirkətlərinin rəhbərlərinin, mərkəzi icra hakimiyyəti orqanlarının tikinti təşkilatlarının nümayəndələrinin, nazirliyin tikintidə təhlükəsizliyə nəzarət məsələləri üzrə cavabdeh şəxslərinin iştirakı ilə görüş keçirilib. Lent.az-n nazirliyin saytına istinadən verdiyi məlumata görə, görüşdə Fövqəladə Hallar Nazirliyi ilə tikinti şirkətləri arasında qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi, tikinti sektorunda qanunvericiliyin tələblərinə əməl olunması və perspektiv məsələlər müzakirə edilmiş, fikir mübadiləsi aparılıb.

Görüşdə çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov dünyada baş verən iqtisadi böhrana baxmayaraq Azərbaycan iqtisadiyyatının dinamik templə inkişaf etdiyini qeyd edib, prezident İlham Əliyevin uğurlu iqtisadi siyasəti sayəsində ölkəmizin ciddi uğurlara imza atdığını bildirib. Nazir sabit sosial siyasətin nəticəsi olaraq tikinti sektorunda da sürətli inkişaf tendensiyasının müşahidə edildiyini diqqətə çatdırıb. K.Heydərov təəssüf hissi ilə bildirib ki, 2005-ci ilədək bu sahədə aparılan tikinti-quraşdırma işlərinin layihələrə, tikinti norma və qaydalarına, istifadə olunan tikinti materiallarının standartlara uyğunluğuna sistemli dövlət nəzarəti həyata keçirilməyib. Hətta çoxmərtəbəli binaların, insanların kütləvi şəkildə istifadə etdikləri obyektlərin təsadüfi, tikinti sahəsində müvafiq bilik və təcrübəyə malik olmayan şəxslər tərəfindən inşa edilməsi, dövlət ekspertizasından keçməyən, heç bir kommunal şəraiti olmayan və kommunikasiya xətlərinə qoşulmayan yaşayış evlərinin istismara verilməsi sakinlərin haqlı narazılıqlarına səbəb olub. Nazirin sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi yarandıqdan sonra ölkə ərazisində, o cümlədən Bakı şəhərində geniş vüsət almış tikinti işlərində təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə dövlət nəzarəti aparılmağa başlanıb və bu istiqamətdə ciddi addımlar atılıb: “Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” prezident İlham Əliyevin məlum fərmanına əsasən tikinti sahəsində dövlət nəzarətinin müəyyənləşdirilməsi və təkmilləşdirilməsi, həmçinin, hüquqi bazanın yaradılması istiqamətində də ciddi işlər görüldü, müəyyən normativ aktlar qəbul edildi. Bu addımlardan biri kimi hazırda yerli mütəxəssislərin və xarici ekspertlərin iştirakı ilə “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi”nin layihəsi üzərində iş gedir və layihənin yaxın vaxtlarda müzakirəyə çıxarılması nəzərdə tutulur”.

İclasa yekun vuran fövqəladə hallar naziri Kəmaləddin Heydərov tikinti təşkilatlarını və firmalarını respublikada inşa olunan obyektlərin tikintisində keyfiyyətin yüksəldilməsi və təhlükəsizliyin təmin olunması istiqamətində Nazirlik tərəfindən həyata keçirilən kompleks tədbirlərin reallaşdırılmasında fəal iştirak etməyə çağırdı. Nazir, eyni zamanda, xəbərdar etdi ki, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət etməyən bütün fiziki və hüquqi şəxslərlə bağlı cari ilin mart ayının 1-dən başlayaraq ciddi tədbirlər görüləcək, həmçinin, materiallar hüquq-mühafizə və məhkəmə orqanlarına göndəriləcək.






10 Fevral, 2011  23:19 Baxılıb: 1601 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner