Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

AMEA-da korrupsiyaya qarşı mübarizə ilə bağlı iclas keçirildi

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbədənkənar iclası keçirilib.

Elmi müəssisə rəhbərlərinin, alim və mütəxəssislərin iştirak etdiyi yığıncağı AMEA prezidenti akademik Mahmud Kərimov açaraq gündəlikdəki məsələ haqqında məlumat verib.

O bildirib ki, yanvarın 27-də ölkə Prezidenti İlham Əliyevin tapşırığı əsasında Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası keçirilib. O, iclasda ölkə həyatının bəzi sosial sahələrində hələ də mövcud olan və Azərbaycanın maddi-mənəvi inkişafına xələl gətirən neqativ halların olduğunu, ölkədə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə saldığını, Azərbaycanın işgüzar nüfuzuna xələl gətirdiyini söyləyib.

Korrupsiyaya qarşı mübarizənin ölkənin prioritet istiqamətlərindən olduğunu qeyd edən Mahmud Kərimov bu istiqamətdə ölkə başçısı tərəfindən “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya (2007-2011-ci illər)” və Fəaliyyət Planının təsdiq edildiyini, qanunvericilik və iqtisadi sistemlərdə, eləcə də idarəetmədə icra mexanizmlərinin təkmilləşdirilməsi, dövlət strukturlarının fəaliyyətinin şəffaflığı, vəzifəli şəxslərin məsuliyyətinin artırılması, bir sözlə qanunun aliliyi və sosial ədalət kimi fundamental əsasların qorunub saxlanması istiqamətlərində mühüm islahatların həyata keçirildiyini diqqətə çatdırıb. O, AMEA-nın sosioloji və hüquqi, həmçinin iqtisadi sahələrində əldə olunan mütərəqqi elmi-nəzəri təcrübələrin korrupsiyaya qarşı mübarizədə tətbiq edilməsi, aidiyyatı dövlət qurumları ilə qarşılıqlı elmi-praktiki əməkdaşlığın dərinləşdirilməsi, elmi araşdırma, ekspertiza, təhlil, proqnozlaşdırma, təbliğat, mütəxəssis hazırlığı işlərinin səmərəliliyinin yüksəldilməsi imkanlarına malik olduğunu, korrupsiyaya qarşı mübarizədə elmin bilavasitə iştirakının zəruri olduğunu bildirib.

AMEA Rəyasət Heyətinin elmi katibi Sərxan Xavəri Rəyasət Heyəti tərəfindən hazırlanmış korrupsiyaya qarşı mübarizə tədbirləri haqqında qərar layihəsini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Rəyasət Heyətinin Maliyyə-iqtisad şöbəsinin rəisi, iqtisad elmləri namizədi Zakir Nəcəfov elm üzrə ayrılmış xərc maddələrinin iqtisadi təsnifatı üzrə bölüşdürüldüyünü, ölkədə gedən uğurlu iqtisadi inkişafla bağlı bu xərclərin son 5 ildə 3,3 dəfə artırıldığını nəzərə çatdırıb. O, subyektiv səbəblərdən elmi müəssisələrin fəaliyyətində normativ hüquqi sənədlərin düzgün tətbiq olunmadığını və ya nöqsanlara yol verildiyini, həmçinin beynəlxalq əlaqələrin gücləndirilməsində və büdcədənkənar gəlirlərin istifadəsində, ekspedisiya işlərinin sərbəst aparılmasında yaranan problemləri tənzimləmək üçün normativ hüquqi sənədlərin təkmilləşdirilməsinin vacib olduğunu diqqətə çatdırıb. O bildirib ki, yerlərdə maliyyə intizamına riayət olunmalı, qarşıya çıxan məsələlər mövcud qanunvericilik çərçivəsində həll edilməlidir.

İclasda çıxış edən AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquleyev deyib ki, hazırlanmış qərar layihəsində əsas məqsəd AMEA-nın fəaliyyətində korrupsiya yarada biləcək mühitin təhlil edilməsi, ölkədə və ümumiyyətlə, cəmiyyətdə baş verə biləcək korrupsiya proseslərinin analiz olunması, bu proseslərin qarşısının alınmasına elmi dəstək göstərilməsidir. Cəmiyyətimizdə belə neqativ halları yaradan səbəblərin araşdırılmasının vacibliyini vurğulayan Rasim Əliquliyev alim bu məsələdə şəffaflığın təmin olunması, bəzi qanunların, normativ-hüquqi bazanın yenidən təhlil edilməsi, sənədləşdirmə prosesində yaranan problemlərin müasir tələblərə cavab verən yeni texnologiyaların tətbiqi ilə aradan qaldırılmasının gərəkdi olduğunu qeyd edib. Rasim Əliquliyev ölkədə korrupsiya hallarının qarşısının alınması üçün hakimiyyət orqanlarının fəaliyyətində İT-nin tətbiqinin, sosial şəbəkələrdən, İnternetdən istifadənin zəruri olduğunu dilə gətirib. Hər il 9 dekabrın Beynəlxalq korrupsiya günü kimi qeyd olunduğunu söyləyən alim İT-nin inkişafının bəşəri problem olan korrupsiyaya qarşı mübarizədə əsas rol oynadığını diqqətə çatdırıb.

AMEA-da və ümumiyyətlə, respublikada İC-nin formalaşması, e-Hökumətin yaradılması istiqamətində mühüm işlərin görüldüyünü nəzərə çatdıran Rasim Əquliyev idarəetmədə İT-nin tətbiqinin hökumət-vətəndaş əlaqəsində şəffaflığın təmin edilməsinə və korrupsiya hallarının aradan qaldırılmasına müsbət təsir göstərəcəyini vurğulayıb. O, rəhbərlik institutda aparılan dövlət qurumları ilə vətəndaşlar arasında münasibətləri E-dövlət mühiti vasitəsilə təmin etməyə yönəldilmiş elmi-tədqiqat işlərinin gücləndirilməsini zəruri sayıb.

Məsələ ilə bağlı çıxış edən alimlər Prezidentinin apardığı bu siyasəti dəstəklədiklərini bəyan ediblər.






10 Fevral, 2011  21:58 Baxılıb: 1885 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner