Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Prezident İlham Əliyev Samuxda 500 kilovoltluq yardımçı stansiyanın açılışında iştirak edib

Prezident İlham Əliyev Samux rayonunda 500 kilovoltluq “Samux” yardımçı stansiyasının açılışında iştirak edib.

“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev dövlət başçısına məlumat verərək bildirib ki, rayonun Lək kəndi ərazisində ayrılmış 30 hektar sahədə 2008-ci ilin iyulunda başlanmış inşaat işləri 2010-cu ilin sonunda yekunlaşdırılıb.

Böyüklüyünə görə respublikamızda ikinci olan “Samux” yardımçı stansiyası Gəncə şəhərindəki poladəritmə və alüminium zavodlarını elektrik enerjisi ilə təchiz edəcək. Layihə çərçivəsində Gəncə alüminium zavodunda 330/110/10 kilovoltluq və 110/35 kilovoltluq yardımçı stansiyalar da tikilib, enerjinin ötürülməsi üçün 26 kilometr uzunluğunda 500 kilovoltluq və 64 kilometr uzunluğunda 330 kilovoltluq elektrik xətləri çəkilib. “Samux” yardımçı stansiyasında 100-dək yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Prezident İlham Əliyev yardımçı stansiyanın inzibati binası ilə tanış olub. Burada yaradılmış fotoguşədə Heydər Əliyevin Azərbaycanın energetika sisteminin inkişafı sahəsində gördüyü işləri əks etdirən şəkillər toplanıb.

Dövlət başçısı idarəetmə mərkəzində yardımçı stansiyanı işə salıb, inşaatçılara və energetiklərə uğurlar arzulayıb.






10 Fevral, 2011  21:35 Baxılıb: 1815 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner