Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HÖKMRANLIQDAN İMTİNA EDƏN ƏMİR TEYMURUN NƏVƏSİ

ю  

Türk Dünyasının məşhur simaları içərisində bu dəfə Əmir Teymurun nəvəsi olmuş, alim, təvazökar sultan, Uluqbəydən danışacağıq

Uluqbəy kim olub?

Dünya elmində, xüsusən astronomiya və astrologiyada xüsusi yeri olan Uluqbəy (tam adı Məhəmməd Taraqay bin Muinüddin Şahrurdur) Əmir Teymurun nəvəsi olub. Atası Şahruxun ölümündən sonra 1447-ci ildən Teymurilər sülaləsinə başçılıq edib. Uluqbəy rəsədxanasında tərtib edilən ulduz kataloqu uzun müddət dünyada ən mötəbər kataloq sayılmışdır. Uluqbəy 1395-ci ilin 22 martında qədim türk yurdu Səmərqənddə dünyaya gəlib. Bursalı Qadızadə Rumidən dərs alan Uluqbəy hələ uşaqlıqdan öz istedadı ilə saray əyanlarını mat qoyurdu. Hələ erkən yaşında qardaşlarından fərqli olaraq saraydan, dövlət işindən uzaq durur.
Meydanlarda at çapmaq, qurşaq tutmaq və qılınc oynatmaq kimi hərb işi ilə maraqlanmırdı. Bütün bunlar ona irad tutulsa da, o, inadından dönmürdü. Yeniyetmə yaşlarında ikən Qurani-Kərimi əzbərləyib, ərəb dilini mükəmməl şəkildə öyrənib.
Uluqbəyin hökmdarlığı uzun sürmür. Oğlu Əbdüllətif ona qarşı çıxır. O da oğlu ilə mübarizə aparmaqdan imtina edir. 24 oktyabr 1449-cu ildə təslim olur və aman istəyir. Şeyxlər elə həmin gün ona məhkəmə qurur. Onu zalımlıqda, ədalətsizlikdə günahlandırırlar. O, məhkəmədən yalnız bircə şey - Səmərqənddə qalmağa və elmlə məşğul olmağa icazə istəyir. Məhkəmə isə günahlarını yumaq üçün onun Məkkəyə getməsi barədə qərar çıxarır. Lakin şeyxlərin elə həmin gecə çıxardığı başqa bir qərarla Uluqbəy ölüm cəzasına məhkum olunur.
Üç gündən sonra Uluqbəy Hacı Xorasanla Məkkəyə yola düşür və Səmərqəndə yaxın kəndlərin birində 1449-cu iqlin 25 oktyabrında öldürülür.
Uluqbəyin öldürülməsindən sonra onun yaxın dostu astronom Əli Quşçu Əbdüllətifin ondan da intiqam alacağından ehtiyat edərək, ulduz cədvəlini, həmçinin dostunun yazdığı əsərlərin bəzilərini götürərək Həccə getmək adı altında Səmərqəndi tərk edir. O, Istanbula gəlir və burada dostunun və müəlliminin ulduzlarla bağlı əsərlərini çap etdirməyə başlayır. Məhz onun səyləri nəticəsində Avropa Uluqbəylə yaxından tanış olur və onun ulduzların öyrənilməsinə həsr edilən əsərlərini müxtəlif dillərə tərcümə edirlər. Bu əsərlər Uluqbəyə Avropada və dünyada böyük şöhrət gətirir. Əli Quşçu 1470-ci ildə İstanbulda Ayasofya mədrəsəsinə professor təyin edilir. Uluqbəyin Türküstanda başlatdığı böyük elmi astronomik tədqiqatları o, burada davam etdirməyə başlayır. Ancaq, Uluqbəyin özündən sonra qoyub getdiyi rəsədxana sonralar əhali tərəfindən dağıdıldı və onun qalıqlarını itirmək məqsədi ilə üstünə torpaq tökdülər.
XX əsrin ən modern cihazları ilə aparılan hesablarla Uluqbəyin hesabları arasında sadəcə 58 saniyə fərq var. Bu səbəbdən də, Millətlərarası Astronomiya Dərnəyi tərəfindən Ayın görünən şimal yarımkürəsindəki bir bölgəyə “Uluqbəy krateri” adı verilib.

Dünya elmində silinməz imza

Uluqbəyin əsərləri ilə tanışlıq Avropada astronomiya elminin inkişafına yeni bir təkan verib. Onun Avropada görkəmli bir astronom kimi tanınmasını 1648-ci ildə məşhur astronom Yan Hevel tərəfindən nəşr edilən “Göy ulduzlarının kataloqu” adlı əsər bir daha sübut edir. Adı çəkilən kataloqda dünyanın məşhur astronomlarının rəsmləri təsvir edilmiş qravüra var. Həmin məşhur astronomlar arasında Uluqbəy də var.

Məşhur rəsədxana

Elm və göy cisimlərinin öyrənilməsi ilə müntəzəm məşğul olmasına baxmayaraq, Uluqbəy ölkənin idarəedilməsinə də vaxt ayıra bilmişdi. O, 1428-ci ildə ölkədə pul islahatı həyata keçirmiş və bununla da qısa müddətdə iqtisadi sahədə böyük sıçrayışa nail olmuşdu.
Uluqbəy, öz adı ilə anılan imperatorluq quran Əmir Teymurun nəvəsi idi. Hələ erkən yaşında qardaşlarından fərqli olaraq saraydan, dövlət işindən uzaq durur. Meydanlarda at çapmaq, qurşaq tutmaq və qılınc oynatmaq kimi hərb işi ilə maraqlanmır. Bütün bunlar ona irad tutulsa da, o, inadından dönmür... Bir gün babası Əmir Teymurun yanında olur. Bildirir ki, o, elmlə məşğul olmaq istəyir. Hökmdar bir anlıq fikrə gedir. Yadına Uluqbəyin hələ uşaqkən onun sualına verdiyi cavab düşür... Belə ki, Əmir Teymur bir gün Gülüstan bağına gəlir. Bir müddət orada qalmalı olur. Ona görə də əyanlara tapşırıq verir. Nəvələrini onun yanına gətirirlər. Gecənin aydınlığında nəvələrindən biri - Uluqbəydən soruşur: -Ürəyin nə istəyir, deynən verim! Uşaq da yavaşca əlini yuxarı qaldırır. Göydə sayrışan ulduzu göstərir və deyir: - Baba, onu istəyirəm! Əmir Teymur uşağın cavabından tutulur. Uluqbəyin qeyri-adi cavabı onu düşündürür...
Uluqbəy saraydan, taxt-tacdan nə qədər qaçsa da, taleyin hökmündən qaça bilmir.Vaxt gəlir o da hökmdar taxtında oturur. Lakin onun hökmdarlığı uzun sürmür. Oğlu Əbdüllətif ona qarşı çıxır. O da oğlu ilə mübarizə aparmaqdan imtina edir. 24 oktyabr 1449-cu ildə təslim olur və aman istəyir... Şeyxlər elə həmin gün ona məhkəmə qurur.Onu zalımlıqda, ədalətsizlikdə günahlandırırlar. O, məhkəmədən yalnız bircə şey Səmərqənddə qalmağı və elmlə məşğul olmağa icazə istəyir...Məhkəmə isə qərar çıxarır ki, xan günahlarını yumaq üçün mütləq Məkkəyə getsin. Oğlu isə atasını öldürməyəcəyinə söz verir. Uluqbəy məhkəmədən çıxıb evinə gəlir.Lakin şeyxlər elə həmin gecə başqa bir qərar da çıxarır: Uluqbəy ölüm cəzasına məhkum olunur.
Abbasın nökərləri əli-qolu sarınmış Uluqbəyi arxın kənarına gətirir və diz çökdürürlər. Abbas isə onun qabağına keçir. Cəlladın qılıncı bir an yuxarı qalxıb zərblə onun boynuna yenir. Cahan hökmdarının başı bulanlıq arxa tərəf diyirlənir. Qumlu çəhlimdə qan ləkəsi salır.... Beləliklə, arxeoloq Vyatkin rəsədxananın harada olduğunu təxminən müəyyən edir. Günün səhəri həmin sahəyə gəlir. Tələsmədən təpəyə qalxır. gəlir. Ətrafı seyr edir. Aşağıda dayanmış dehqanlar ona yaxınlaşır və deyir:
- Bura müqəddəs yerdir, buranı qazmaq olmaz. Burada məzar var!
- Axı məzar bütün təpəni tuta bilməz!
- Çox-çox əvvəl burada Uluqbəyin rəsədxanası olub.
- Bax, mən o rəsədxananı axtarıram...
Qoca dehqanlar şübhə ilə başlarını bulayır. Bir-birilərinə deyirlər. Biz də elə bilirik ki, bu rus balası dəfinə axtarır...
Arxeoloq Vyatkin ömrünün bir neçə ilini rəsədxananın tapılmasına və bərpasına sərf edir. Sübut etmək istəyir ki, XV əsrdə Səmərqənd dünyanın əsas elmi mərkəzlərindən biri olub. Bu həqiqət , 1941-ci ilin iyun ayında II Cahan müharibəsinin başlanmasına beş gün qalmış bir sıra alim , həkim, kriminalist və tarixçini Guri-Əmir məqbərəsinə gətirir. Orada, bir məzarın sinə daşında oxunur: “Bu nurlu qəbir... hökmdarın sonuncu rahat yeridir. Cismi bura yendirməklə cənnət bağlarına səfa gətirmiş, behişt sakinlərinin gülşəninə səadət bəxş etmişdir. O həm də dünyaya və dinə kömək edən istəkli sultan, savadlı xəlifə Uluqbəydir - Allah onun qəbrini nurla doldursun... Onun oğlu ona qarşı haqsızlıq etmiş və atasının boynunu xəncərlə vurdurmuşdur. O, hicri 853-cü ildə Ramazan ayının 10-da əzab-əziyyətlə ölmüşdür”.
Rəsədxanada qazıntı işinə bir də 1941-ci ildə II Cahan müharibəsinə az qalmış başlanır. Lakin iyunun 22-də qazıntı işi dayandırılır. 1948-ci ildə iş yenidən bərpa olunur. Sonuncu qazıntı işləri Uluqbəy rəsədxanasını yenidən qurmağa əsas və imkan verir.

Aysel Kərimova






31 Avqust, 2013  15:09 Baxılıb: 3090 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner