Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Müxalifət nümayəndələri nazir təyin edildi

Kral Abdulla hökuməti müxalifətlə böldü

Tunis və Misirdən sonra üsyan qorxusu ilə hökumətin istefa göndərildiyi İordaniyada yeni kabinet and içərək vəzifəsinə başlayıb. Yeni nazirlər arasında İslam və sol təmayüllü müxalifət təmsilçiləri də var. İordaniya Kralı Abdullah yanvarın 14-də islahatlar tələbilə başlayan etiraz aksiyaları qarşısında baş nazir Samir Rifaini istefaya göndərdi və yerinə keçmiş hərbi müşaviri Maruf Bakiti təyin etdi.

Kralın qarşısında and içən yeni hökumət milli dialoq, seçki və sərbəst toplaşmaq qanunlarının dəyişdirilməsini də əhatə edən sürətli siyasi islahatlara söz verib. Bundan başqa yeni hökumət korrupsiyaya son qoyacağını da vəd edib.

27 nəfərlik yeni kabinetdə müxalif partiya təmsilçiləri də yer alır. Yeni baş nazir Bakit, Müsəlman Qardaşlarının keçmiş lideri Abdelrahim Akuru İslam İşləri və Vəqflər naziri təyin edib.

5 nəfər solçu müxalifət nümayəndəsi isə Ədalət, Siyasi İnkişaf, Mədəniyyət, Kənd Təsərrüfatı və İnformasiya nazirliklərinə rəhbər təyin olunublar.

Xarici İşlər, Daxili İşlər, Planlama, Su və Maliyyə kimi önəmli nazirliklər isə əvvəlki sahiblərində qalıb.






10 Fevral, 2011  20:39 Baxılıb: 1595 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner