Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Qənaətcil” lampalar adamı kor edir

Azərbaycanda yaxın illərdə görmə qabiliyyətini itirənlərin sayı arta bilər  

Elektrik enerjisinə qənaətə üstünlük verən ölkələrdə daha çox istifadə edilən «qənaətçil» lampalar (el arasında ona süd lampaları da deyirlər-red) insan orqanizmi üçün zərərlidir. Bunu Avropa alimləri araşdırmalar zamanı müəyyən edib. Məlum olub ki, azyaşlılar arasında yaranan korluğun səbəbkarlarından biri də «qənaətcil» lampalardır.  
Qeyd edək ki, Azərbaycanda da yaxın illərdə “qənaətcil” elektrik lampalarına kütləvi şəkildə keçid nəzərdə tutulur.

Nazirlər Kabinetindən verilən məlumata görə, hazırda bununla bağlı hökumətə bir neçə təklif daxil olub. Bu il ərzində həmin təkliflərin baxılıb bəyənilməsi və “qənaətcil” lampalara keçidlə bağlı müvafiq qərarın qəbulu gözlənilir.



Hökumətdə hesab edirlər ki, artıq ənənəvi elektrik lampalarından istifadənin məhdudlaşdırılması vaxtı yetişib. Bununla bağlı olaraq “Azərenerji” ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu tərəfindən də bir sıra araşdırmalar aparılıb. Bir çox Avropa dövlətləri, o cümlədən qonşu Türkiyə və Gürcüstan artıq bu sahədə müəyyən təcrübə əldə edib. Azərbaycanda da artıq fərdi qaydada vətəndaşlar öz mənzillərində və obyektlərində bu tip lampaların tətbiqinə üstünlük verməyə başlayıb.



Hesablamalara görə, Azərbaycanda yeni lampalara keçid enerji sərfiyyatını 35%-ə yaxın azaldacaq.
Bu isə o deməkdir ki, yaxın illərdə görmə qabiliyyətini itirənlərin sayı arta bilər.
Ramil






10 Fevral, 2011  18:21 Baxılıb: 1979 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner