Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Prezident "Xan bağı" -nın açılışında iştirak edib

Dövlət başçısı yenidənqurma işlərindən razılıq edib

Azərbaycan prezidenti İlham Əliyev Gəncədə əsaslı yenidənqurma işləri aparılmış “Xan bağı” mədəniyyət və istirahət parkının açılışında iştirak edib. APA-nın məlumatına görə, prezident İ. Əliyev yaşı 300-dən çox olan “Xan bağı”nı gəzib, görülmüş işlərlə tanış olub. Ümumi ərazisi 7 hektar olan parkda müxtəlif ölkələrdən gətirilmiş ağaclar, dekorativ kollar əkilib. Burada iki fəvvarə, müasir işıqlandırma sistemi quraşdırılıb, Venesiya guşəsi yenidən qurulub, 350 yerlik yaşıl teatr inşa olunub. Xalq şairi Nigar Rəfibəylinin heykəli və Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovun qəbirüstü abidəsi də yeni görkəm alıb.

Dövlət başçısı “Xan bağı”nda yüksək səviyyədə aparılmış əsaslı yenidənqurma işlərindən razılığını bildirib.

Parkla tanışlıqdan sonra prezident şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.






10 Fevral, 2011  18:02 Baxılıb: 3294 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner