Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Misirdə danışıqlar nəticəsiz başa çatdı

Mübarəkin prezident seçkilərinə qədər formal hakimiyyətdə qalması, real hakimiyyətin keçid hökumətinə verilməsi təklifi qəbul edilməyib

Misirdə hakimiyyətlə prezident Hüsnü Mübarəkin istefasını tələb edən nümayişçilərin təmsilçiləri arasında fevralın 6-da başlayan danışıqlar nəticəsiz başa çatıb. Lent.az-ın “The Guardian” qəzetinə istinadən verdiyi məlumata görə, hakimiyyətlə dialoqda iştirak edən Ağsaqqallar Şurasının nümayəndəsi Diaa Ravşan deyib ki, danışıqlar prosesi faktiki yekunlaşıb. 

Vitse-prezident Ömər Süleymana Hüsnü Mübarəkin prezident seçkilərinə qədər formal olaraq hakimiyyətdə qalması, real hakimiyyətin isə keçid hökumətinə verilməsi təklif olunub. Ömər Süleyman müxalifətin bu kompromis təklifi ilə razılaşmayıb. Diaa Ravşanın sözlərinə görə, vitse-prezident danışıqlarda iştirak edən qarşı tərəfin nümayəndələrini mümkün dövlət çevrilişi ilə qorxudub: “Hakimiyyət əslində heç kimlə danışmaq arzusunda deyil”.

Qeyd edək ki, hakimiyyətlə danışıqlarda aksiyaların təşkilində ciddi rol oynayan qüvvələrdən yalnız biri – “Müsəlman Qardaşları” Hərəkatı iştirak edib. “Müsəlman Qardaşları” Hərəkatı da danışıqların birinci raundundan sonra müzakirələri ciddi saymadığını və danışıqlar prosesini tərk etdiyini bildirib.






10 Fevral, 2011  17:52 Baxılıb: 1622 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner