Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İlham Əliyev: “Biz Azərbaycan dövlətçiliyini qoruyuruq və qorumağa davam edəcəyik”

“Azərbaycan 20 il ərzində nəinki öz müstəqilliyini qoruya bilmişdir, həm də bu yolda çox böyük uğurlara nail olmuşdur”, – bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev Tovuz rayonunun sakinləri ilə görüşdə səsləndirib.

SalamNews-un rəsmi mətbuata istinadən verdiyi xəbərə görə, İlham Əliyev öz çıxışında qeyd edib: “Biz bu il müstəqilliyimizin 20 illik yubileyini qeyd edəcəyik. Bu, böyük tarixdir və böyük mərhələnin başa çatması deməkdir”.

Prezident davam edib: “Mən çox şadam ki, bu 20 il ərzində Azərbaycan nəinki öz müstəqilliyini qoruya bilmişdir, həm də bu yolda çox böyük uğurlara nail olmuşdur. Müstəqilliyimiz möhkəmlənir, dövlətçiliyimiz möhkəmlənir. Bizim siyasi addımlarımız, həm ölkə daxilindəki, həm beynəlxalq müstəvidəki addımlarımız Azərbaycan xalqının maraqlarına xidmət edir. Biz öz sözümüzü müxtəlif tribunalardan deyirik, öz mövqeyimizi bildiririk”.

İlham Əliyev vurğulayıb ki, hər bir məsələ ilə bağlı, hər bir beynəlxalq hadisə ilə bağlı Azərbaycanın öz müstəqil mövqeyi var və bu mövqeyi müdafiə edir: “Azərbaycanın dövlətçiliyini, ictimai-siyasi quruluşunu müdafiə edirik və müdafiə edəcəyik. Bu, bizim yolumuzdur. Bu yolu Azərbaycan xalqı seçib. Biz bu yolla gedəcəyik və heç bir qüvvə bizi bu yoldan döndərə bilməz. Bu, inkişaf yoludur, müasirlik yoludur”.

Prezident əlavə edib: “Eyni zamanda, bizim bütün işlərimiz milli dəyərlər, milli ənənələr üzərində qurulubdur. Bu, bizim gücümüzün əsas mənbəyidir. Ancaq biz gələcəyə baxmalıyıq. Müasir ölkə qurmaq üçün dünyada bizim milli mentalitetimizə uyğun olan ən qabaqcıl təcrübəni ölkəmizdə tətbiq etməliyik”.






10 Fevral, 2011  14:19 Baxılıb: 1630 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner