Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Rusiya Kuril adalarına əlavə qüvvələr cəlb edir

Rusiya prezidenti Dmitri Medvedyev Kuril adalarının müdafiəsi üçün orada "kifayət" qədər hərbi qüvvələrin yerləşdirilməsi barədə əmr verib. SalamNews-un BBC-ə istinadən verdiyi xəbərdə belə deyilir.

Bundan başqa, Rusiya Fransadan alacağı iki "Mistral" hərbi vertolyotlarını da Sakit okean donanmasının tərkibinə qatılacaq. Bu haqda Rusiya xəbər agentlikləri Müdafiə Nazirliyindəki qaynağa istinadən məlumat yayıblar.

"Orada yerləşdirələcək silahlar bu adaların Rusiyanın ayrılmaz tərkib hissəsi kimi təhlükəsizliyini təmin etmək üçün vacib, kafi və müasir olmalıdır" - Dmitri Medvedyev bu sözləri müdafiə və regional inkişaf nazirləri ilə görüşdə deyib.

Dövlət Dumasının müdafiə komitəsinin sədri İqor Barinovun RİA Novosti agentliyinə bildirdiyinə görə, Medvedyevin Kuril adalarında əlavə silah yerləşdirmə qərarı siyasi mahiyyət daşıyır və Rusiyanın İkinci Dünya Müharibəsinin yekunlarına yenidən baxılmasına imkan verməyəcəyini təsdiq edir.






10 Fevral, 2011  13:09 Baxılıb: 1725 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner