Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Smartfon bazarında super artım

Bazara çıxarılan smartfonların sayı 2 dəfədən çox artıb.

2010-cu ildə bazara çıxarılan smartfonların sayı ötən ilin müvafiq göstəricisinə nisbətən 74,4 faiz artıb. Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, əgər 2009-cu ildə satışa 129,1 milyon ədəd smartfon çıxarılıbsa, 2010-cu ildə bu rəqəm 302,6 milyona çatıb.

Bu, IDC analitik şirkətin yeni hesabatında qeyd olunub. Hesabatda bildirilir ki, 2010-cu ildə Finlandiyanın “Nokia” şirkəti ən iri mobil telefon istehsalçısı adını qoruya bilib. 12 ay ərzində “Nokia”bazara 100,3 milyon qurğu çıxararaq, bazarın 33,1 faizinə nəzarət edib. “Nokia” smartfonlarının satış həcmi 48,2 faiz artıb.

“BlackBerry” smartfonlarının istehsalçısı Kanadanın “Research In Motion” (RIM) şirkəti 16,1 faiz bazar payı ilə siyahının ikinci pilləsindədir. İlin yekunları üzrə RIM “Nokia”dan iki dəfə daha az, yəni 48,8 milyon ədəd smartfon buraxıb. “BlackBerry”nin satış həcmi isə 41,4 faiz olub.

Üçüncü yerdə “Apple” şirkəti qərarlaşıb. Siyahıda RIM-ə yaxınlaşmaqda olan “Apple” 2010-cu ildə “BlackBerry” istehsalçısından cəmi 1,3 milyon az smartfon buraxıb və bazarın 15,7 faizinə nəzarət edə bilib. “Apple iPhone” smartfonlarının satış həcmi isə 89,2 faiz artıb.

IDC-nin hesablamalarına görə, siyahının dördüncü və beşinci yerləri müvafiq olaraq “Samsung” və HTC şirkətlərinə məxsusdur. “Samsung”un il ərzində satış həcmi ilk beşliyin digər iştirakçıları ilə müqayisədə daha çox çox, 318,2 faiz artım artım nümayiş etdirib. İkinci böyük göstərici isə 165,4 faizlə HTC-yə məxsusdur. Hər iki istehsalçısı bu uğurlu göstəriciləri məhsullarında “Google Android” əməliyyat sisteminin tətbiqi sayəsində əldə edə biliblər.

2011-ci ildə IDC mütəxəssisləri smartfonların satış həcminin daha da artacağını proqnozlaşdırırlar. Artımın bir hissəsi texnoloji yeniliklərin genişlənməsi (ikinüvəli prosessorlar, kontaktsız ödəniş texnologiyaları və s.) hesabına olacaq.






10 Fevral, 2011  01:58 Baxılıb: 1704 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner