Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İlham Əliyev Qazax şəhərində Səməd Vurğun Poeziya evinin açılışında iştirak edib

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Qazax şəhərində yenidənqurma işləri aparılmış Səməd Vurğun Poeziya evinin açılışında iştirak etmişdir.

SalamNews prezidentin rəsmi saytına istinadən bildirir ki, prezident əvvəlcə Poeziya evinin qarşısında Xalq Şairi Səməd Vurğunun heykəlinin önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyevə məlumat verildi ki, Poeziya evinin yerləşdiyi ərazi genişləndirilmiş, burada yaşıllıq zolağı salınmışdır. Bildirildi ki, ulu öndər Heydər Əliyev həmişə Səməd Vurğunun yaradıcılığına böyük önəm vermiş, şairin əsərlərinin nəşri heç vaxt onun diqqətindən kənarda qalmamışdır. O, Səməd Vurğunun məşhur “Azərbaycan” şeirini çox sevir, yeri gəldikcə, ona müraciət edirdi. 1976-cı ildə şairin anadan olmasının 70 illik yubileyi münasibətilə Qazaxda Səməd Vurğun Poeziya evi də Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və o, 1979-cu ilin sentyabrında onun açılışında şəxsən iştirak etmişdi.

Prezident İlham Əliyev 2004-cü ildə Qazax rayonuna səfəri çərçivəsində Poeziya evində olmuş əsaslı təmir və yenidənqurma işlərinin aparılması barədə tapşırıq vermişdi. 2005-ci ildə isə Prezident İlham Əliyev Səməd Vurğunun 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdı.

Ötən dövrdə görülən işlər nəticəsində Poeziya evi yeni görkəm almışdır. Buradakı eksponatların sayı artmış, yeniləri də əlavə olunmuşdur. Səməd Vurğunun Bakıdakı ev muzeyi buraya şairin köynəyini, ov və yazı ləvazimatlarını hədiyyə etmişdir. Bir sözlə, Poeziya evi həmişə Səməd Vurğunun xatirəsinə bir ehtiram ünvanı olacaq, söz-sənət vurğunlarının daimi görüş yerinə çevriləcəkdir.

Prezident İlham Əliyev Xalq Şairi Səməd Vurğunun həyat və fəaliyyətinin müxtəlif dövrlərini, eləcə də ulu öndərin Azərbaycan ədəbiyyatına diqqət və qayğısını əks etdirən şəkillərə baxdı, Poeziya evinin işçilərini açılış münasibətilə təbrik edərək, onlara uğurlar arzuladı.






10 Fevral, 2011  01:17 Baxılıb: 2037 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner