Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

"Rusiya kimi biz də Azərbaycan və Ermənistan arasında razılıq əldə olunması üçün əlimizdən gələni edirik" - İranın Rusiyadakı səfiri

İranın Rusiyadakı səfiri Mahmud Rza Səccadi

"İranın xarici siyasəti qonşu ölkələrlə dostluq və əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.

Buna görə də, hesab edirik ki, qonşu dövlətlətin sabitlik, inkişaf və gözəl həyatı bizim ölkəmizin təhlükəsizliyi və rifahına birbaşa təsir edir. Biz qonşu dövlətlərlə yaxşı münasibətlər qurmağa çalışırıq. Rusiya kimi biz də özümüzdən asılı olan hər bir şeyi edirik ki, Ermənistan və Azərbaycan arasında olan bütün məsələlər həllini tapsın", - bunu SalamNews-un Moskva müxbirinin suallarına cavab verən İranın Rusiyadakı fövqəladə və səlahiyyətli səfir Seyid Mahmud Rza Səccadi bildirib.

SalamNews müxbirinin İran İslam inqilabında milyonlarla İran türkünün rolu və İslam İnqilabının İranın bugünkü vəziyyətinə təsiri barədə sualına cavab verən səfir bildirib ki, İran inqilabı İran xalqının həmrəyliyi ilə reallaşıb. "Bizim qələbəmizin sirri onda idi ki, azərbaycanlıların (türklərin), kürdlərin, bəlucların, türkmanların, farsların bir məqsədi var idi və əlbəttə ki, heç bir irq və heç bir xalq öz etnik qrupu üçün xeyir güdmürdü. Mən hesab edirəm ki, İran azərbaycanlıları (türkləri) üçün ən böyük dəyər və ən böyük şərəf odur ki, İranın ali dini lideri azərbaycanlıdır (türkdür)", diplomat qeyd edib.

Bundan başqa, İranın Rusiyadakı səfiri "Şimal-Cənub" layihəsinin İran, Rusiya, Azərbaycan arasındakı inkişaf kontekstin də yüksək qiymətləndirib. Layihənin əhəmiyyətini o, "Böyük İpək yolu" ilə müqayisə edib. Rusiya ilə İranın əlaqələrini yüksək qiymətləndirən səfir əlavə edib ki, Rusiya iqtisadi məsələlərə siyasi maraqları qatmasa daha yaxşı olar, çünki bu tərəflər arasındakı qarşılıqlı münasibətlərə mənfi təsir göstərir. Eyni zamanda, Buşəhr Atom Elektrik Stansiyasının nə zaman işə başlayacağı ilə bağlı suala cavablandırarkən İran səfiri bu məsələnin daha çox RosAtomun rəhbəri Kiriyenkodan asılı olduğunu bildirib. O deyib ki, əgər Rusiya tərəfi AES-də işlərin başa çatdırılmasına çalışmasa onlar nəinki İranda, həm də bütün dünyada etibarlarını itirəcəklər.

"Rusiya tərəfi İrana S-300-ləri satmaqdan imtina edəndə, xarici diplomatlar məndən soruşurdular ki, bu halda Rusiya ilə müqavilə imzalamağa dəyərmi? Mən düşünürəm ki, bizim rusiyalı dostlarımız bir də xarici diplomatların bu cür suallar verməsinə imkan verməyəcək", Səccadi bildirib.

Tunisdə və Misirdə baş verən hadisələrə münasibət bildirərkən səfir bu barədə İranın ali dini lideri ilə fikirlərinin eyni olduğunu bildirib. Xatırladaq ki, ayətullah Xamenei bu hadisələri "İslami oyanış" adlandırmışdı.

Daha sonra səfir İslam inqilabının İran xalqı üçün olan əhəmiyyətindən və İranın son günlərdə əldə etdiyi nailiyyətlərdən bəhs edib.






10 Fevral, 2011  00:30 Baxılıb: 1742 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner