Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Milli demokratlar İran səfirliyinin qarşısında aksiya keçirdi

10 bozqurdçu saxlanılıb

Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası bu gün saat 13:00 radələrində İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin qarşısında piket keçirib. Piketin keçirilməsinə səbəb İran İslam Respublikasının siyasi dairələrində və İranın «Səhər-2»telekanalında Azərbaycan Respublikası və xalqı əleyhinə təhqarmiz ifadələrin işlədilməsidir. 
Təxminən 50 nəfərlik piket iştirakçıları əvvəlcə M.F.Axundov bağı ətrafında toplaşaraq «Əhmədinecat erməni- türkün düşməni», «Azərbaycana qarşı təxribatlara son qoyulsun», «Fars şovinizminə ar olsun», «Əhmədinecat şaşırma, səbrimizi daşırma» yazılmış plakatlarla və bayraqlarla İran səfirliyinə tərəf hərəkət etdilər. İran səfirliyi qarşısında yuxarıdakı şüarları deyəndən sonra AMDEP sədrinin müavini Pərviz Elay piketin bəyanatını oxuyub. Bəyanatda deyilir: Iran Islam Respublikasının (İİR) siyasi dairələri və “Səhər-2” telekanalı Azərbaycan Respublikasına və Azərbaycan xalqına qarşı təhqir, iftira və ideoloji təxribat kampaniyası aparır. Son zamanlar öz daxilində edam, vəhşət, insan hüquqlarının tam pozulması ilə müşayiət olunan , 30 milyondan çox Azərbaycan türkünün və digər qeyri-fars xalqlarını əzən İran dövləti indi də təxribatla məşğuldur. Güney Qafqazda türk və digər müsəlman xalqlarına zülm etməkdə olan “ermənistan” adlı qondarma quruma yardımını birə on qat artıran İran müsəlmançılıqdan dəm vursa da, erməni xristianları ilə işbirliyində və qardaşlığındadır.
Bütün bunları əsas gətirərək Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AMDEP) bəyan edir:
1. AMDEP, İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasının daxili işlərinə qarışmasına yönəlik siyasətini qətiyyətlə pisləyir.
2. Rəsmi dövlət adında “İslam” anlamını daşıyan İranın “ermənistan” adlı işğalçı anti-müsəlman quruma yardımlarını islam dininə və müsəlman dünyasına düşmənçilik kimi qiymətləndirir.
3. İran dövlətində yaşayan Azərbaycan Türklüyünün və digər qeyri-fars xalqların milli hüquqlarının qəddarcasına tapdandığı bir zamanda İranda yaşayan bir ovuc erməniyə yüksək milli-mədəni hüquqların verilməsini, islam dini ilə heç bir əlaqəsi olmayan fars şovinizminin bariz təzahürü kimi dəyərləndirir.
AMDEP olaraq tələb edirik: İran İslam Respublikası Azərbaycan Respublikasına qarşı qeyri- dost hərəkətlərə son qoysun! “Səhər-2” telekanalının Azərbaycan Respublikasına qarşı təxribatı dayandırılsın! Piket bitənə yaxın Səbyael RPİ-nin 9-cu bölməsinin əməkdaşları partiya üzvlərindən 10 nəfərini saxlayıblar.






9 Fevral, 2011  19:23 Baxılıb: 1121 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
18 Sentyabr, 2020  11:09

18 Sentyabr, 2020  09:52



17 Sentyabr, 2020  10:18

16 Sentyabr, 2020  09:30






10 Sentyabr, 2020  10:09




9 Sentyabr, 2020  14:11






9 Sentyabr, 2020  09:31





5 Sentyabr, 2020  10:17


4 Sentyabr, 2020  13:34




3 Sentyabr, 2020  11:48

1 Sentyabr, 2020  13:52



1 Sentyabr, 2020  09:18






31 Avqust, 2020  09:11



29 Avqust, 2020  11:20



26 Avqust, 2020  09:12

25 Avqust, 2020  13:38

sagbanner