Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

1 milyardlıq stadionda «oyunlar» başladı - araşdırma

12 min ailənin mənzili Böyük Şorda «batır» 

Son illər Azərbaycanda strateji əhəmiyyət daşıyan, müəyyən qədər önəmli olan layihələr həyata keçirilib ki, onların icrası üçün milyardlarla manat vəsait xərclənib. Dövlət büdcəsindən, Neft Fondundan və digər mənbələrdən ayrılan vəsaitlərin icrası ilə yanaşı, layihələrin qiymətləndirilməsi də daim müzakirə və mübahisə obyektləri olub. Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişinə, dövlət bayrağının ucaldılmasına, körpü və yolların salınmasına ayrılan vəsaitlərin real tələbatdan dəfələrlə artıq olması ayrı-ayrı ekspertlərin dilindən səsləndirilib, araşdırmalar zamanı təsdiq olunub. Vəsaitlərin fantastik həddə olması həmçinin ayrı-ayrı ölkələrin anoloji layihələri ilə müqayisə zamanı da üzə çıxıb. Bakı Aereportunun da yeni layihəsi artıq təsdiq olunub. Bu layihə də milyonlarla vəsaiti «yeyəcək» şübhəsiz!

Fantastik layihələrdən biri

Azərbaycan hökuməti daha bir fantastik görünən layihənin icrasına başlayıb. Bu layihənin dəyəri hətta bir vaxtlar bizim üçün təəccüblü və şübhəli olan Oğuz-Qəbələ-Bakı su kəmərinin maliyyə tutumundan da yüksəkdir. Söhbət Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən maliyyələşdirilən 1 milyard dollarlıq stadionun tikintisindən gedir. Qeyd edək ki, 2020-ci il Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürmək niyyətində olan Bakı şəhərində 64 min nəfərlik tamaşaçı tutumuna malik stadionun tikintisinə artıq başlanılıb. Layihənin icraçısı Türkiyənin TOCA (The OffIce of Contemporary Architecture) şirkətidir.
Xəbərdə olimpiya stadionunun inşaat işlərinin 2015-ci ildə tamamlanacağı bildirilir. TOCA Memarlıq ofisinin memarı Erdinç Çiftçi bildirib ki, stadion 36 aya tikiləcək. Stadion bir-birinin içinə dolanan halqa görüntüsü ilə diqqəti çəkəcək. Bu arena Bakının ən görkəmli qurğularından birinə çevriləcək. Böyük Şor gölünün ətrafındakı 50 hektarlıq sahədə tikiləcək stadion FİFA standartlarına uyğun olacaq.

Çiftçi Azərbaycanda daha öncə fərqli layihələri də həyata keçirdiklərini xatırladıb. O, olimpiya stadionundan əlavə gələcəkdə digər böyük idman layihəsi olacaq Bakı Milli Arenası üçün də təklif verdiklərini açıqlayıb. «Bizim Yol» qəzetinin yazdıqlarına görə, Türkiyədə TOCA şirkətini tanıyan yoxdur. Çox güman ki, bu şirkət Türkiyə vətəndaşlarının adına bu ölkədə qeydiyyatdan keçirilib. Real sahiblər isə azərbaycanlılardır.

Futbolsuz ölkənin 1 milyardlıq stadionu


Layihənin Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli olması düşündürücüdür. Futbolun olduqca zəif olduğu, Avropanın ən zəif komandalarına uduzan bir ölkədə 1 milyard dollarlıq stadion tikintisinin önəmliliyinin hökumət tərəfindən əsaslandırılması maraqlı olardı.
Ekspertlər bildirirlər ki, Böyük Şor gölünün ətrafındakı 50 hektarlıq sahə stadion üçün yararlı deyil. Ərazi qrunt suları altındadır. Müşahidəçilər bildirirlər ki, hazırda ərazidə tikinti işləri aparılır. Yük maşınları müxtəlif yerlərdən daşıdıqları torpağı mazut basmış əraziyə boşaldırlar. Qeyd olunur ki, qrunt sularını torpaqla ört-basdır etmək mümkün ilmayacan. Çünki həmin suların kanalizasiya sistemi ilə kənara çıxışı yoxdur.

Moskvada 235 mln, İstanbulda 382 mln, Bakıda isə 1 mlrd???

Ekspert İlham Şabanın qeydlərinə görə, LUKoil shirkəti 2018-ci ildə Rusiyada keçiriləcək Dünya Çempionatı ilə bağlı Moskvada «Spartak» adlı stadion işa ediləcək. Stadionun tutumu 50 min nəfər, qiyməti isə cəmi 235 milyon avro olacaq. Bu qiymətə Moskva meriyasından alınacaq torpağın qiyməti də daxildir. Həmin stadion FİFA-nın bütün tələblərinə cavab verəcək. Stadionun layihəsi Cenevrədə hazırlanıb. İstanbulda yeni tikilmiş Türk Telekom stadionu isə 382 milyon dollara başa gəlib. Bakıda - Böyük Şor gölünün ətrafında tikiləcək stadionun Moskvadakı və İstanbuldakı stadionlardan nə ilə fərqlənəcəyi hələ ki, söyləmək mümkün deyil. Gözlənilir ki, stadionun tikintisi başa çatana qədər layihənin dəyəri hələ bir qədər də artırılsın. Artıq Azərbaycan təcrübəsində bu cür hallar ənənəyə çevrilib.
Bizə Olimpiada lazımdır?

Məlumatlara görə, Azərbaycan 2020-ci ildə Olimpiadanın Bakıda keçirilməsində iddialıdır. 1 milyardlıq stadion da elə olimpiya oyunları üçün nəzərdə tutulur. Rusiya 2014-cü il Soçi Olimpiadasinin budcesini açıqlayıb. 32 mlrd 114 mln. dollar.
Əgər Azərbaycanın iddiası təmin olunsa, ona da ən azından 30 milyard manat vəsait lazım olacaq. O zaman sual olunur, hökumət bu qədər pulu haradan tapacaq?
Bundan başqa köhnə «Sədərək» və «Binə» bazarlarının yerində «Olimpiya kəndi» salınacaq ki, bu da xeyli vəsait tələb edir. Ötən ayın 24-də həmin ərazidə asma körpü istifadəyə verilib. 2011-ci il dekabrın 24-də isə Azərbaycanın Olimpiada iddiasının təmin ediləcəyi gözlənilir. Heç şübhəsiz ki, bütün bu vəsaitlən neft gəlirləri hesabına başa gələcək. Rəsmilər də bunu gizlətmirlər. Məsələn, 2008-i ildə Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev bildirib ki, Azərbaycanın neftdən gələn gəlirləri 200 milyard dollardan artıq olacaq: «Onun 10 faizinin mədəniyyət və turizm sektoru üçün xərclənməsinin ölkəyə heç bir ziyanı olmaz. Əkisnə bizim ölkəmizin dünyada tanınmasında əvəzsiz rolu olar».
Görünür, bizim hökumətimizin bəzi nümayəndələri xalqın real vəziyyəti barədə məlumatsızdırlar. Onlar ya hər kəsin özləri kimi imkanlı olduqlarını düşünürlər, ya da hər kəsin imkanlı olması fikri ilə razılaşmırlar.
1 milyard dollara 2000 ailəlik binalar tikmək, əhalinin müəyyən kəsiminin sosial problemlərini həll etmək mümkündür.
Hökumət isə qədim Romada olduğu kimi çörək və tamaşa ilə xalqın başını aldatmaq istəyir. Yoxsa, 1 milyardlıq stadion bizim nəyimizə gərəkdir?

Ruslan XƏLİL






9 Fevral, 2011  19:12 Baxılıb: 2322 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55