Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“QADINLAR SUSARAQ GEDƏR” – DEYƏN ŞAİR

Dünyasına səyahət edəcəyimiz növbəti məşhur, xoşbəxtliyini ancaq 4-cü evliliyində tapan Camal Sürəyyadır



Yıldızlar kıyamet gibiydi kaldırımlarda
Çünkü biraz evvel yağmur yağmıştı
Adam bulut gibiydi, hatırladı
Adamın ayaklarının altında
Yıldızların yıldız olduğu vardı
Adam yıldızlara basa basa yürüdü
Çünkü biraz önce yağmur yağmıştı.

İnsanın öz düşüncələri ilə yalnız qalıb, daxili aləmini qiymətləndirən şair, özü də öz düşüncələri ilə yaşamağı sevirdi. O, həyatın hər anında gözəllik axtaran, kiçik görünən, incə şeyləri dəyərləndirən şair olub.

Camal Sürəyya 1931-ci ildə Ərzincanda anadan olub. Əsl adı Cəmaləddin Seberdir. Cemalettinin anası Gülbəyaz xanım, atası Hüseyn bəy olub. Cəmaləttin ailədə ilk uşaq olaraq dünyaya gəlir. Ailənin digər uşaqları Kamal, Perihan, Ayten, Kamal, uşaqkən ölür. Şeyx Sait üsyanından sonra davam edən bir sıra kürd üsyanı, ailənin 1938-ci ildə Ərzincandan sürgün edilməsinə səbəb olur. Yük vaqonunda uzun səfərə çıxır. Bu qatar səfəri "Kişne kirazını və miqrasiya, mövsüm" şeirinə də təsirini göstərmişdir: "Mən bir yük vaqonunda açdım gözlərimi. Məcburi köç Biləcikdə bitir və ailə Biləcikdə yaşamağa başlayır. Ailənin oradan ayrılması qadağan idi. Gülbəyaz xanım 23 yaşında ölür. Yeddi yaşında olan Cəmaləddin anasının ölümündən sonra yaxşı bir təhsil alması üçün bibisinin yanına İstanbula göndərilir. 1937-ci ildə məktəbə gedir. Məktəblə bağlı xatirələrini belə bölüşüb: "Mən ibtidai sinfə bir il gec getdim. Xəstəydim. Getdiyim zaman oxumağı yazmağı hər şeyi bilirdim. Hətta əmim mənə beş sıfırlı rəqəmlərlə misal həll etməyi öyrədib. Buna görə birinci sinifdə yoldaşlarımla aramızda böyük bir fərq var idi. O fərq həmişə davam etdi. Bu məndə tənbəllik yaratdı.
Camal Sürəyya 1938-ci il sürgününü bir şeirində belə təsvir edir:
Bizi kamyona doldurdular,
Tüfekli iki erin nezaretinde,
Sonra o iki erle yük vaqonuna doldurdular,
Günlerce yolculuktan sonra bir köye attılar,
Tarih öncesi köpekler havlıyordu.

1942-ci ildə on bir yaşında yenidən Biləcikə göndərilir. Hüseyin bəy arvadının ölümündən altı il sonra Əsma xanımla evlənir. Ögey ana ilə Cəmaləddin və qardaşları yola getmirdi. Əsma xanım, uşaqlara çox əziyyət çəkdirir.

Cəmaləttin orta məktəbdə ilk həyat yoldaşı olacaq olan Seniha Nəmli ilə tanış olur. Orta məktəbdən sonra Haydarpaşa Liseyinə qəbul olur. Bu məktəbdə də pulsuz internat oxuyur. Hafta sonu tətillərini qardaşlarını ziyarət etməyə gedir. Cəmaləttin liseyi yaxşı dərəcəylə bitirir. Camal Sürəyya 1952-ci ildə Seniha Nəmli ilə nişanlanır, bir il sonra da evlənirlər. Tezliklə Ayçe anadan olur. Sevərək ailə qurmalarına baxmayaraq, ailədə problemlər, narazılıqlar yaşanmağa başlayır. Seniha ailədə olanlara dözə biıməyib, atasının evinə qayıdır. Sonralar şair “Kadınlar susarak gider” şeirində qadınların özlərinə məxsus hallarını belə yazar:


Çok uzun emekler verir ilişkisini yürütmek için.
Birinin kadını olmayı yüreği, beyni, ruhu o kadar zor kabul etmiştir ki, başka bir adama ait olmayı istemez.
Erkek gibi, çorbanın tuzu eksik diye kavga çıkarmaz mesela, tam tersi, konuşmamız lazım der.
Erkekler de en çok bu cümleye sinir olurlar. Ertelenir o konuşmalar, maç bitimine, yemek sonrasına ve daha birçok lüzumsuz şeyin ardına ötelenir.
Kadınlar inatçıdır, hayata tutundukları gibi, aşklarına da sahip çıkarlar.

1959-cu ildə kiçik leytenant, 1960-cı ildə leytenant olur. 1961-cı il noyabr ayında Parisə vəzifəli olaraq göndərilir. 1967-ci ildə Zuhal Tekkanatla evlənər. Zuhal xanım “Yelkən” jurnalında işləyirdi, Sürəyya redaksiyaya tez-tez gedirdi.
Dostluq evliliklə sonuçlanır. 1969-cu ildə Oğlu Memo Emrah dünyaya gəlir.
Cəmaləttin Ankaraya Maliyyə üzrə sədr seçilir. Xanımı ilə aralarındakı problemləri həll edə bilmədiyinə görə ayrılırlar. Bundan ən çox təsirlənən yenə oğlu Memo oldu. Memo həddindən artıq kilolu, xəstə uşaq olub. Ayrılıqdan sonra Memo anasının yanında qalır. Sürəyya oğlunu qoyub, Ankaraya qayıdır.

Sürəyya son həyat yoldaşı ilə kitab evində tanış olur. Ora gediş-gəliş ilə, yaxından tanış olurlar. Birsen xanım dörd uşaqlı dul qadındır. Süreyya əsl ailə həyatını Birsen xanımla evlilikdə tapır.
Şair Ülkü Tamer Camal Süreyyaya bu misraları həsr edib:
Tanrı
Bin birinci gece şairi yarattı,
Bin ikinci gece cemal'i,
Bin üçüncü gece şiir okudu tanrı,
Başa döndü sonra,
Kadını yeniden yarattı.


Turanə Zeynallı






16 Avqust, 2013  16:41 Baxılıb: 2276 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner