Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Laçın köçkünləri üçün qəsəbə

Laçın rayonundan olan məcburi köçkünlər üçün yeni qəsəbə salınacaq

Ağcabədinin Taxtakörpü qəsəbəsində Laçın rayonundan olan məcburi köçkünlər üçün yeni qəsəbə salınacaq. Bu barədə APA-nın Qarabağ bürosuna Laçın rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quliyev məlumat verib. Onun sözlərinə görə, yeni salınacaq qəsəbə Taxtakörpü ərazisində qamış və palçıq komalarda, yeraltı qazmalarda yaşayan 3400 köçkün ailəsi üçün nəzərdə tutulur. Hazırda bu yaşayış massivinin salınması istiqamətində layihələşdirmə işi aparılır. Bunun üçün Nazirlər Kabineti tərəfindən Taxtakörpü ərazisində 627 hektar torpaq sahəsi ayrılıb. Hazırda isə sözügedən ərazidə 552 ailəlik yeni qəsəbənin tikintisi davam etdirilir. Tikinti işlərinin texniki nəzarətçisi Tariyel Məmmədov bildirib ki, qəsəbədə mənzillərlə yanaşı 15 sinif otaqlı məktəb, 70 yerlik uşaq bağçası, ambulatoriya, iki su deposu tikilir. Əvvəllər inşa olunan köçkün qəsəbələrindən fərqli olaraq, bu yaşayış massivində bütün daxili yollar asfalt olacaq və hər bir ev qazlaşdırılacaq. Uzun illərdir ərazidə içməli su problemi mövcud olduğundan qəsəbənin içməli su ilə təchizatı üçün iki sutəmizləyici qurğu quraşdırılacaq. Bu həm də ətrafda məskunlaşan məcburi köçkünlərin də içməli su təminatını yaxşılaşdıracaq.






9 Fevral, 2011  19:04 Baxılıb: 2101 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner