Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

“Qəbələ” “Mançester Yunayted”ə uduzdu

İngiltərədə səfərdə olan “Qəbələ”nin 14 yaşa qədər futbolçulardan ibarət komandası ilk oyununu keçirib.

Komandamız “Mançester Yunayted”in 14 yaşlıları ilə üz-üzə gəlib. 

Matçdan öncə “Qəbələ” rəsmiləri, məşqçi və futbolçu heyəti “Mançester Yunayted”in ev oyunlarını keçirdiyi məşhur “Old Trafford” stadionunu, klubun muzeyini, məşq meydançalarını gəziblər, xatirə şəkilləri çəkdiriblər. Daha sonra heyət stadionda yerləşən “Red Cafe”də nahar edib.

Oyuna gəlincə, “Qəbələ” adlı-sanlı rəqibi ilə başa-baş mübarizə aparsa da, qələbəni meydan sahibləri qazanıb – 3:0. Qarşılaşma “qırmızı şeytanlar”ın əsas heyətinin məşq etdiyi Karringtonda baş tutub. İlk hissə bərabər mübarizə şəraitində keçib. Hər iki tərəfin fərqlənmək imkanları olsa da, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar. İkinci hissənin ortalarında “Qəbələ”nin müdafiə xəttinin bir anlıq sayıqlığı itirməsindən yararlanan rəqib hesabı açıb. Sonrakı dəqiqələrdə komandamızın heyətinin demək olar ki, yarısını əvəzləməsi “qırmızı şeytanlar”ın üstünlüyü ələ keçirməsi və daha iki dəfə fərqlənməsi ilə nəticələnib.

Qeyd edək ki, “Qəbələ” ikinci matçında daha bir güclü rəqiblə - “Everton”la qarşılaşacaq. Oyun fevralın 9-da Bakı vaxtı ilə 19:00-da baş tutacaq.






9 Fevral, 2011  18:39 Baxılıb: 1748 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner