Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

QHT-ləri nə gözləyir?

Ekspert üçüncü sektorun məcburi audutdən keçməsinin mümkünsüzlüyü barədə danışdı

“Audit işinin bahalı xidmət olduğunu və bu xidmət üçün ən azı 1000 manat ödəniş tələb olunduğunu nəzərə alsaq, əvvəlcədən demək mümkündür QHT-lərin böyük əksəriyyətinin məcburi auditdən keçməsi mümkün olmayacaq. Belə olanda da onları 2500 manatdək cərimə gözləyə bilər”. 
Bunu simsar.az-a açıqlamasında İqtisadi Tədqiqatlar Mərkəzi(İTM) İdarə Heyətinin sədri Qubad İbadoğlu bildirib.
Onun sözlərinə görə, çıxış yolu Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunan məcburi audit yoxlamalarından keçməli olan fiziki və hüquqi şəxslərin siyahısından və İnzibati Xətalar Məcəlləsinə ediləcək dəyişikliklərdən QHT-lərin adının çıxarılmasıdır. Əks təqdirdə, bu QHT–lərin məhdud büdcə imkanlarına müdaxilə, bütövlükdə vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə təhlükə yaradacaq.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə ediləcək əlavə və dəyişikliklərə görə, Nazirlər Kabinetinin müvafiq qərarı ilə məcburi auditdən keçməli olan təsərrüfat subyektləri bundan imtina edəcəyi halda 500 manatdan 2500 manatadək cərimə oluna bilərlər.
Bununla bağlı hazırlanmış sənədin Milli Məclisin 11 fevral 2011-ci il tarixli iclasının gündəliyinə salınması mövzunu yenidən aktuallaşdırıb.
Qubad İbadoğlu bildirib ki, rəhbərlik etdiyi Mərkəz hər maliyyə ilində müntəzəm olaraq maliyyə yoxlamasından keçir və yoxlamanın yekun aktını müvafiq dövlət orqanlarına təqdim edir: “Lakin bunu biz həmişə könüllü edirik. Çünki auditin mahiyyətindən və missiyasından xəbəri olanlar bilirlər ki, audit əslində müəssisə sahibinin marağı çərçivəsində göstərilən mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanması xidmətidir. Bu fəaliyyət əsasən müəssisənin maliyyə fəaliyyətinin inkişaf etdirilməsi üçün strategiyanın hazırlanması və səmərəliliyinin yüksəldilməsi metodlarının müəyyən edilməsi məqsədi daşıyır.”

Q. İbadoğlunun sözlərinə görə, 2009-cu maliyyə ilində Azərbaycanda fəaliyyət göstərən 2467 QHT-dən yalnız 831-i Maliyyə Nazirliyinə hesabat verib: “Əslində, bu rəqəm Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyət imkanlarının məhdud olduğunun göstəricisidir. Hesablamalara görə, 2009-cu ildə müxtəlif mənbələr hesabına daxilolmalar üzrə QHT-lərin illik qrant dövriyyəsi 30 milyon manatdan çox olmayıb. Bu isə o deməkdir ki, rəsmi qeydiyyatdan keçən 1 QHT-nin orta illik qrant dövriyyəsi 11 778 manat olub, onun da orta hesabla hər QHT üzrə 1300 manatı dövlət büdcəsinə müxtəlif vergilər şəklində ödənilib. Bu halda hər qeydiyyatdan keçən QHT-yə ildə orta hesabla 10 min 478 manat, ayda isə 873 manat qrant dövriyyəsi düşür ki, bu məbləğlə də QHT-lər ofis xərclərini və proqram fəaliyyətlərini maliyyələşdirmək məcburiyyətindədir. Bu şəraitdə əksər QHT-lərdə mühasibatlıq şöbəsi fəaliyyət göstərmir, bir mühasib bir neçə QHT-yə xidmət edir.
RAMİL






9 Fevral, 2011  18:20 Baxılıb: 1784 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner