Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

“Bakı” Avropada ən sürətlə inkişaf edən klub kimi qeyd olunacaq”

Nəriman Mehdiyev Avropa Klubları Assosiasiyasının Media və Marketinq Komissiyasının üzvü seçilib

İsveçrənin Cenevrə şəhərində Avropa Klubları Assosiasiyasının (ECA) Baş Assambleyası keçirilib. Lent.az-ın məlumatına görə, sayca 6-cı dəfə təşkil olunan toplantıya “Bakı” klubunun Media və Marketinq Departamentinin direktoru Nəriman Mehdiyev də qatılıb. 

ECA-ya Avropanın 200-yə yaxın klubu, o cümlədən “Bakı”, “Neftçi” və AZAL üzv olsa da, 83-ü səsvermə hüququna malikdir. Klublarımızdan bu hüquq “Bakı”ya verilib. Qalanları isə müşahidəçi qismində çıxış edirlər.

Tədbirdə hüquqi yardımlaşma, futbolçu və klublar arasında müqavilələrin təşkili, klublar və federasiyalar arasındakı münasibətlərin qurulması, marketinq və media siyasətinin təşkili, hakimliklə bağlı yeni qaydaların tətbiqi və digər mövzularda müzakirələr aparılıb. Tanınmış italiyalı referi Pyerluici Kollina 5 hakimlik sistemlə əlaqədar hesabat verib. FİFA və UEFA tərəfindən qəbul olunan yeni sistemdən yararlanmaq istəyən hər hansı milli assosiasiyanın bunu daxili yarışlarında tətbiq etmək hüququna malik olduğu vurğulanıb.

Nəriman Mehdiyev Lent.az-a açıqlamasında “Bakı” klubunun təlim-məşq bazasının təqdimatını keçirdiyini də bildirib. O, təqdimat zamanı, həmçinin Böyük Şor qəsəbəsində tikintisinə başlanılacaq 64 min nəfərlik olimpiya stadionu barədə məlumat verib. Mehdiyevin sözlərinə görə, ölkəmizdə görüləcək işlər Assambleya iştirakçılarının yaxşı mənada təəccübünə səbəb olub: “Mən “Bakı”nın bazasının cəmi 1 ilə tikilib istifadəyə verildiyini dedikdə inanmadılar. Amma bunun reallıq olduğunu bildikdə, qeyd etdilər ki, növbəti Assambleyada 3 meyar – infrastruktur, menecment və uşaq futbolu üzrə Avropanın ən yaxşı klubları seçiləcək. İnfrastruktur meyarı üzrə ən yaxşı klub kimi “Bakı”nın fərqləndiriləcəyi ehtimalı 99 faizdir. Yəni, “Bakı” Avropada ən sürətlə inkişaf edən klub kimi qeyd olunacaq”.

ECA-nın Baş Assambleyasında səsvermə də keçirilib. İndiyədək Hüquq Siyasəti İşçi Qrupunun üzvü olan Nəriman Mehdiyev həm də Media və Marketinq Komissiyasının üzvü seçilib.






9 Fevral, 2011  16:57 Baxılıb: 1781 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner