Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin bir neçə əməkdaşı işdə ciddi pozuntulara görə həbs edildi

Çərşənbə axşamı Kənd Təssərüfatı Nazirliyində nazirliyin tabeçiliyində olan idarə və təşkilatların "2010-cu ildə kənd təssərüfatı sahəsində görülmüş işlər və 2011-ci ildə qarşıda duran vəzifələr", "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli strateqiyanınn" həyata keçirilməsi ilə baqlı 2007-2011-ci illər üçün fəaliyyət planında nəzərdə tutulmuş tədbirlərin 2010-cu ildə Kənd Təssərüfatı Nazirliyində icra vəziyyyəti və korrupsiyaya qarşı məsələləri ilə əlaqədar Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Kommisisyanın 2011-ci il yanvarın 20-də keçiirlmiş geniş iclasında verilmiş tapşırıqların icrası ilə bağlı qarşıda duran vəzifələr"ə həsr olunmuş geniş kolleqiya iclası keçirilmişdir.

Nazir İsmət Abbasov qeyd etmişdir ki, dövlət başçısını aqrar bölmənin inkişsfı imzaladığı bir sira dövlət proqramları və sərəncamları öz müsbət nəticələrini göstərmiş, daxili istahsal hesabına əhalinin bir sıra kənd təssərüfatı məhsulları ilə təmin edilməsi mümkün olmuşdur. Belə ki, son üç ildə kənd təssərüfatının ümumi məhsulunun artım tempi orta hesabla 2,5 faiz təşkil etmiş, 2010-cu ildə təbii fəlakətlərlə əlaqədər taxıl və kartof istehsalının azalması istsina olmaqla artım 5 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 3,5 faiz, heyvandarlıq məhsulları üzrə isə 6,1 faiz olmuşdur. Dənlilər və kartof istisna olmaqla bütün bitkiçilik məhsulları üzrə artım əldə edilmişdir. 2010-cu ildə 2000,8 min ton dənli və dənli paxlalılar, 953,7 min ton kartof, 1181,1 min ton tərəvəz, 433,4 min ton bostn məhsulları, 256,5 min ton şəkər çuğunduru, 37,3 min ton pambıq istehsal olunmuşdur.

2011-ci ilin məhsulu üçün 2010-cu ildə 1017,8 min hektarda şum qaldırılmış, dən və yaşıl yem üçun payızlıq taxıl əkilmişdir ki, onun da 660,5 min hektarını buğda, 254,7 min hektarını arpa təşkil etmişdir.

Kənd təssərüfatının prioritet sahələrindən olan heyvandarlıq məhsulların istehsalı 2010-cu ildə stabil olaraq davam etmiş, 2009-cu ildə nisbətən ət istehsalı 6,7 faiz, yun istehsalı 2,4 faiz artmışdır.

2010-cu ildə kənd təssərüfatının inkişafı məqsədi ilə 13,405 milyon manat məbləğndə güzəştli kreditlər verilmişdir. Güzəştli kreditlərin verilməsi nəticəsində ümumilikdə aqrar sahə üzrə 2010-cu ildə 13495 iş yeri açılmışdır ki, ondan 7483-ü daimim iş yeri olmuşdur.

Kolleqiyada çıxış edən müvafiq şöbə və qurumların rəhbərləri əldə olunmuş nailiyyətlərdən, mövcud problemlərdən və qarşıda duran vəzifələrdən danışmışdırlar.

Nazir İsmət Abbasov 2010-cu ildə bir sıra kənd təssərüfatı malları istehsalında yol verilmiş nöqsaşların aradan qaldırılması, aqrar sahənin inkişaf etdirilməsi ilə əlaqədar Dövlət Proqramında  nəzərdə tutulmuş müddəaların və 2011-ci ildə qarşıda duran vəzifələrin icrasını təmin etmək məqsədi ilə nazirliyin tabeliyində olan qurumlara müvafiq tapşırıqlar vermişdir.

Kollegiyada "Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli strateqiyanınn təsdiq edilməsi barədə" Prezidentin 28 iyul 2007-ci il tarixli 2292 nömrəli sərəncamının icrası məqsədi ilə Korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi xüsusiilə vurğulanmışdır. Belə ki, nazirliyin dövlət kənd təssərüfatı istehsalı müəssələrində təssərüfat fəaliyyətinin araşdırılması nəticəsində bir sıra nüqsan və çatışmazlıqlar aşkar edilmişdir.

"Qobu" DDKİM MMC dəvəçilik üzrə, Xaçmaz rayon südçülük-maldarlıq üzrə DDKİM MMC fəaliyyətlərindən çatışmamazlıqlar aşkar edilmiş, sənədlər hüqüq-mühafizə orqanlarına göndərilmişdir. Şəki rayon "Qaratorpaq" toxumçuluq müəssəsinin rəhbəri tutduğu vəzifədən azad edilmişdir.

Eyni zamanda "Aqrolizinq" ASC-nin yerli təşkilatlarında araşdırmalar aparılmış, yol verdiyi ciddi nöqsanlara görə Qusar rayon Aqroservisin və Bərdə rayon Xanərəb mexanikləşdirilmiş dəstənin rəhbəri barədə məhkəmənin hökmü ilə həbs edilmişdir.

Ağcabədi rayon Aqroservisin rəhbəri barədə cinayət işi açılmış, lakin iştintaq dövründə Aqrolizinqə dəyən maddi ziyan ödənilmişdir.

Kolleqiyada Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Kommisisyanın 2011-ci il yanvarın 27-də  keçirilmiş geniş iclasında verilmiş tapşırıqların icrası ilə əlaqədar başlanmış işlər və görüləcək tədbirlərin davam etdirilməsi, korrupsiyaya qarşı qabaqlayıcı, profilaktiki mübarizə tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Nazirliyin şöbə, Dövlət Agentliklərin və Xidmətlərinin, "Aqrolizing" ASC-nin rəhbərlərinə tapçırıqlar verilmişdir.






9 Fevral, 2011  14:22 Baxılıb: 1816 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner